Vahid Novruzov: Azərbaycanda audit sahəsinin liberallaşması ilə bağlı təkliflər hazırlanır

Vahid Novruzov: Azərbaycanda audit sahəsinin liberallaşması ilə bağlı təkliflər hazırlanır

“Azərbaycan Auditorlar Palatası bu il Milli Məclisin payız sessiyasında bir sıra təkliflərlə çıxış edə bilər”.

REAL xəbər verir ki, bunu “Report”a açıqlamasında Palatanın sədri Vahid Novruzov bildirib. 

Onun sözlərinə görə, “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edilməsi ilə əlaqədar təkliflər bir sıra istiqamətdə olacaq.

Vahid Novruzov vurğulayıb ki, təkliflər, əsasən, şirkətlərdə auditorların minimal sayının təyin edilməsi, mühasibatlıq, audit sahəsində uzun illər çalışmış Azərbaycan vətəndaşlarının da auditor olmaq üçün imtahanda iştirak etmək hüquqi qazanması ilə bağlı olacaq: “Hazırda auditor olmaq hüququ ancaq müəyyən peşə sahiblərinə verilir. Bu istiqamətdə liberallaşma ilə bağlı təkliflərimiz var. Həmin təkliflər üzərində işi başa çatdırmışıq, müvafiq qurumlara göndərəcəyik”.

O xatırladıb ki, təkliflər Milli Məclisə təqdim olunana qədər müvafiq qurumların rəyi alınmalıdır, əsaslandırılmalıdır.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə