XİN başçıları görüşəcək - VİDEO

XİN başçıları görüşəcək - VİDEO
Görüşün tarixi hələ açıqlanmayıb

Qarşıdan gələn görüşdə Azərbaycan tərəfinin mövqeyi həmsədrlərə də, Ermənistan tərəfinə də çatdırılacaq.

Bunu Azərbaycan Prezidenti Administrasiyasının Xarici Əlaqələr şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Nyu-Yorkda gözlənilən görüşünü şərh edərkən deyib.

"Belə bir fikir var ki, BMT Baş Assambleyası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində bir görüş keçirilsin. Biz bunu daha çox görüş adlandırırıq. Çünki gördüyümüz kimi, Ermənistan tərəfindən danışıqlar prosesinə ciddi zərbələr vurulur, danışıqlar prosesinin pozulması istiqamətində provokativ addımlar atılır".

Şöbə müdiri görüşün tarixinin hələlik açıqlanmadığını qeyd edib. Bildirilib ki, tərəflər qarşılıqlı şəkildə razılaşdırdıqdan sonra Xarici İşlər Nazirliyi səviyyəsində görüş barədə ictimaiyyətə məlumat verəcək.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə