Şirkət vətəndaşı razılığa çağırır - VİDEO

Şirkət vətəndaşı razılığa çağırır - VİDEO
Mənzil sahibinə kommunal borclarla bağlı güzəşt ediləcək

Yasamal rayonu Əsəd Əhmədov Küçəsində inşa olunan hündürmərtəbəli binanın sakini Sənan Xəlilov "Sipark" mənzil tikinti şirkətindən narazıdır. O bildirir ki, il yarım bundan əvvəl bu binadan mənzil alıb. Lakinbir müddət burda yaşamayıb. Təxminən 6 ay əvvəl Sənan Xəlilov təmir işlərinə başlamaq qərarına gəlib. Lakin tikinti şirkəti mənzilə işıq verilməsini dayandırıb. Səbəb kimi isə Sənan Xəlilovun mənzildə yaşamadığı müddətdə kommunal borclarının yığıldığı göstərilir və bu borc ödənilmədiyi halda mənzilə elektrik verilişi bərpa olunmayacaq.

"Sipark İnşaat" şirkətinin mətbuat katibi İradə Nurəddinqızının sözlərinə görə mənzillər təhvil veriləndən sonra orada komendant sistemi tətbiq olunur ki, bu sistemə kommunal xərclərin toplanması, təhlükəsizlik nəzarəti, işıq, su, qaz ssiteminə nəzarət və s. daxildir. Bütün sakinlər də bu sistemin qaydalarına riayət edir.

Biz də ümid edirik ki, bu problem hər iki tərəfin razılığı ilə həllini tapacaq.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə