Azərbaycan meyvə-tərəvəz ixracının həcmini 15% artırıb

Azərbaycan meyvə-tərəvəz ixracının həcmini 15% artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 361,73 milyon ABŞ dolları dəyərində 364,959 min ton meyvə-tərəvəz ixrac edib.

REAL Report-a istinadla xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən müvafiq olaraq 23,966 milyon dollar (7%) və 45,892 min ton (14,5%) çoxdur.

Hesabat dövründə meyvə-tərəvəz ixracı Azərbaycanın ümumi ixracının 2,7%-ni təşkil edib.

Qeyd edək ki, 8 ay ərzində Azərbaycan xarici ölkələrə 133,242 min ton tomat ixrac edib. İxracın ümumi dəyəri 141,542 milyon dollar təşkil edib. Tomat ixracı Azərbaycanın ümumi ixracında 1,05% paya malik olub. 

Bundan başqa, ötən 8 ayda Azərbaycan 14,143 min ton meşə fındığı da ixrac edib. İcracın ümumi dəyəri 76,904 milyon dollar təşkil edib. Meşə fındığı ixracı ölkənin ümumi ixracında 0,6% paya malik olub. 

Həmçinin, yanvar-avqustda Azərbaycan 45,231 min ton alma ixrac edərək 18,635 milyon dollar, 23,832 min ton xurma ixrac edərək 18,113 milyon dollar gəlir əldə edib. Bu məhsulların ixracı ayrı-ayrılıqda ümumi ixracın 0,1%-i qədər olub. 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə