Bakı polisi: Uğurlar əldə edilməsi xeyli dərəcədə polis-vətəndaş həmrəyliyindən asılıdır

Bakı polisi: Uğurlar əldə edilməsi xeyli dərəcədə polis-vətəndaş həmrəyliyindən asılıdır

“Polisin fəaliyyətinin səmərəlilik əmsalı cəmiyyətin təhlükəsizlik səviyyəsi ilə ölçülür. Polis bu gün ölkədə daxili sabitliyin və asayişin qorunması işini uğurla davam etdirir. Təkcə cinayətin açılmasında deyil, həm də risk qrupuna daxil olan – münaqişəli ailələrin, çətin tərbiyə olunan uşaqların, narkomaniya və yol hərəkəti təhlükəsizliyinə qarşı mübarizədə profilaktika, maarifləndirmə işinin genişlənməsi ilə bağlı fəal iş aparır”.

REAL Report-a istinadla xəbər verir ki, bu barədə mətbuata açıqlama verən Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, fəaliyyətin genişlənməsi və uğurlar əldə edilməsi xeyli dərəcədə polis-vətəndaş həmrəyliyindən asılıdır: “Cəmiyyətdə müşahidə olunan sosial-neqativ problemləri aradan qaldırmaq üçün onları inkar etmək, “mənlik deyil” deyib sosial məsuliyyətdən yayınmaq nə qədər doğrudur?! Məsuliyyət “sorğu-suala çəkmək”, “hesablaşmaq” mənasındadırsa, yaxud mənəvi öhdəlikdirsə, insan öz hərəkət və əməllərinə görə cavabdehlik daşıyır.”

E.Hacıyevin sözlərinə görə, sosial məsuliyyət hər bir insanın düşüncə tərzi olmalıdır ki, cəmiyyəti narahat edən sosial-neqativ hallara qarşı mübarizədə polis-vətəndaş həmrəyliyi effektiv olsun.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə