Azərbaycan və Latviya arasında avtomobil daşımaları ilə bağlı protokol imzalanıb

Azərbaycan və Latviya arasında avtomobil daşımaları ilə bağlı protokol imzalanıb

Azərbaycan və Latviya arasında 2019-2020-ci illər ərzində beynəlxalq avtomobil daşımalarının yerinə yetirilməsi üçün “İcazə” blanklarının kontingenti üzrə protokol imzalanıb.

REAL APA-ya istinadla xəbər verir ki, protokol Riqada keçirilən Azərbaycan ilə Latviya arasında həyata keçirilən beynəlxalq avtomobil əlaqələri sahəsində Latviya-Azərbaycan Qarışıq Komissiyasının növbəti iclası çərçivəsində imzalanıb.

“Yekunda 2019-2020-ci illər ərzində ölkələrimiz arasında beynəlxalq avtomobil daşımalarının yerinə yetirilməsi üçün “İcazə” blanklarının kontingenti müəyyən edildikdən sonra müvafiq Protokol imzalanıb”, - məlumatda bildirilir.

Bundan başqa, iclas zamanı müzakirələrdə iki ölkə arasında həyata keçirilən beynəlxalq avtomobil daşımalarının inkişaf etdirilməsi, sərhəd-keçid prosedurlarının sadələşdirilməsi, gözləmə vaxtının azaldılması, nəqliyyat vasitələrinin heyətinin iş və istirahət rejiminə riayət edilməsi, avtomobil nəqliyyatı sahəsində həyata keçirilən yeni layihələr, Şimal-Cənub və Qərb-Şərq beynəlxalq nəqliyyat dəhlizlərində ölkələrimizin avtodaşıyıcılarının xüsusi çəkilərinin artırılması üçün görülən tədbirlərin daha da təkmilləşdirilməsi və davam etdirilməsi məqsədilə müvafiq razılıqlar əldə olunub.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə