Həbib Nurməhəmmədov məğlub etdiyi rəqibin xeyriyyə fonduna 100 min dollar köçürüb

Həbib Nurməhəmmədov məğlub etdiyi rəqibin xeyriyyə fonduna 100 min dollar köçürüb

MMA üzrə yüngül çəki dərəcəsində UFC çempionu Həbib Nurməhəmmədov son döyüşdə məğlub etdiyi Dastin Poryenin xeyriyyə fonduna 100 min dollar köçürüb.

REAL APA-ya istinadla xəbər verir ki, rusiyalı idmançının bu addımı atmasını ABŞ döyüşçüsünün özü açıqlayıb.

D.Porye bildirib ki, H.Nurməhəmmədov bu məbləği “Good Fight Foundation”un hesabına köçürüb. Bu fond Uqandada içməli su quyusunun tikintisi ilə məşğuldur.

Qeyd edək ki, H.Nurməhəmmədov sentyabrın 7-də BƏƏ-nin paytaxtı Abu-Dabidə keçirilən UFC-242-də D.Poryeni 3-cü raundda məğlub edib.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə