Gömrük Akademiyasında Bilik günü - VİDEO

Gömrük Akademiyasında Bilik günü - VİDEO
Tədbirdə Akademiyanın bu günədək əldə etdiyi uğurlardan danışılıb

Sentyabrın 16-da Dövlət Gömrük Komitəsinin Akademiyasında Bilik Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov, Komitə sədrinin müavinləri, Akademiyanın rəhbərliyi, müəllim və tələbələr, valideynlər iştirak ediblər.

Yeni tədris ilinin başlanması münasibətilə Akademiyanın müəllim-tələbə kollektivini, valideynləri təbrik edən İsmayıl Hüseynov bildirib ki, əsası ümummilli lider Heydər Əliyevin qoyduğu təhsil islahatları bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

“Artıq tam əminliklə deyə bilərik ki, Akademiyamız nəinki ölkəmizin, eyni zamanda, regionun aparıcı müasir ali təhsil müəssisələrindən birinə çevrilib”, - deyə sözünə davam edən Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini Akademiyaya bu il qəbul olunan və hazırda təhsilini davam etdirən digər tələbələrin də estafeti uğurla başa vuracaqlarına əminliyini bildirib.

Daha sonra Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti polkovniki Qulu Novruzov çıxış edib. Bu ali təhsil ocağının uğurlarından söz açan Qulu Novruzov Akademiyada yüksək təhsil mühitinin yaradılmasına görə Dövlət Gömrük Komitəsinin rəhbərliyinə təşəkkürünü bildirib.

Dövlət Gömrük Komitəsinin Akademiyasının qısa zaman kəsiyində ölkənin nüfuzlu təhsil ocaqlarından birinə çevrildiyini vurğulayan Akademiyanın rəisi gələcəkdə yeni nailiyyətlər əldə olunacağına əminliyini ifadə edib və məzunlara uğurlar arzulayıb.

Sonra gömrük sistemi atributlarının təqdim olunması mərasimi keçirilib. Simvolları Akademiyanın 2018/2019-cu il məzunları 2019/2020-ci tədris ili üzrə Akademiyaya yüksək balla qəbul olunan tələbələrə veriblər.

Daha sonra Akademiyaya yüksək balla qəbul olunan tələbələrə tələbə biletləri təqdim edilib.

Tədbir bədii hissə ilə davam edib.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə