Gəncədə kütləvi dava olub, 4 qonşu döyülüb

Gəncədə kütləvi dava olub, 4 qonşu döyülüb

Gəncədə qonşular arasında kütləvi dava olub.

REAL-ın APA-ya istinadən məlumatına görə, hadisə şəhərin "Ət kombinatı" adlanan ərazisində qeydə alınıb. Belə ki, 1986-cı il təvəllüdlü Məmmədov Şamil Əli oğlu, 1992-ci il təvəllüdlü Məmmədova Lalə Nurəddin qızı, 1986-cı il təvəllüdlü Novruzov Rusal Şöhrət oğlu və 1990-cı il təvəllüdlü Məmmədova Maral Nurəddin qızı döyülüb. Döyülənlər xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətinin normal olduğu bildirilir.

Onlar qonşuları tərəfindən döyüldüklərini deyiblər.

Hadisə ilə bağlı polisə məlumat verilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə