Çingiz Abdullayevlə imza günü - VİDEO

Çingiz Abdullayevlə imza günü - VİDEO
Detektiv romanların müəllifi oxucuları ilə Dəmiryol vağzalında görüşdü

Bilik günü ilə bağlı Bakı Dəmir yolu vağzalında Xalq yazıçısı, dünya şöhrətli dedektiv romanların müəllifi Çingiz Abdullayevlə görüş keçirildi.

Oxucularla görüşü zamanı çıxış edən yazıçı görüşə təşrif buyuranlara öz minnətdarlığını bildirərək kitabların insan həyatında rolundan danışdı.

Daha sonra Çingiz Abdullayev öz imzası ilə 100-dən çox kitabını görüşə gələnlərə hədiyyə etdi.

Kitablarının ümumi tirajı 30 milyonu ötmüş yazarın bilik günündə Bakı sərnişin vağzalında oxucularla görüşə gəlməsi təsadüfi deyil. Çünki onun əsas qəhrəmanı Dronqo səyahət etməyi sevir və dedektivin demək olar hər əsərində dünyanın müxtəlif vağzallarının adı çəkilir. Bu baxımdan bu da simvolik xarakter daşıyır.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə