Fuat Oktay: “Türkiyə və Azərbaycan sevinci və kədəri bir olan ölkədir”

Fuat Oktay: “Türkiyə və Azərbaycan sevinci və kədəri bir olan ölkədir”

“Türkiyə və Azərbaycan sevinci və kədəri bir olan ölkədir”.
 
APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan-Türkiyə Biznes Forumunda çıxış edən Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay bildirib. 

F. Oktay deyib ki, hər iki ölkə vətənimizdir: “Səmimi qarşılama ilə əlaqədar Prezident İlham Əliyev başda olmaqla, Baş Nazir Novruz Məmmədova və nazirlərə təşəkkür edirəm”.    

Türkiyə vitse-prezidenti qeyd edib ki, Azərbaycan müstəqillik qazandıqdan sonra sürətlə inkişaf etməyə başlayıb: “101 il əvvəl Osmanlı müxtəlif cəbhələrdə savaşan zaman Azərbaycanda qardaşlarımızın çağırışına səssiz qalmayıb və Qafqaz İslam Ordusunu quraraq bura göndərib. Azərbaycanın azadlığı üçün bu torpaqlara qanı tökülən şəhidlərimizin ruhu qarşısında baş əyirəm”. 

F. Oktay nəzərə çatdırıb ki, Türkiyə Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən olub: “Bu il birgə hərbi təlimə də “Sarsılmaz qardaşlıq” adı verilib. Bu gün Azərbaycanla Türkiyə bir-birinin ən önəmli ticarət tərəfdaşlarıdır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars və digər layihələr qardaşlığımızın təzahürləridir. Bu nəhəng layihələr, əməkdaşlıq önəmlidir”.

Türkiyə vitse-prezidenti onu da bildirib ki, bu Forumun iki ölkənin iş adamlarının yeni layihələr həyata keçirməsi baxımından əhəmiyyətlidir: “Forumumun Azərbaycanla Türkiyənin iqtisadi əlaqələrini ən yüksək səviyyəyə çıxmasına töhfə verəcəyinə inanıram. Türkiyə iqtisadiyyatı sürətlə inkişaf edir və inkişafa davam edəcək. Türkiyə dünyada böhran dövründə belə inkişafını davam etdirib və etdirir”.

F. Oktay deyib ki, 28 ildə Azərbaycan mühüm nailiyyətlərə imza atıb: “Azərbaycan Şərq, Cənub-Şərq, Şimal və Cənub arasında mühüm nəqliyyat və ticarət mərkəzi olmaq yolunda inamla irəliləməkdədir. Bu sahədə Türkiyə Azərbaycanın yanındadır. Ticarətimiz və qarşılıqlı sərmayələrimiz da iqtisadi əlaqələrin inkişaf etdiyini göstərir. 2018-ci ildə Türkiyənin Azərbaycana ixracı 1 milyard dollara çatıb. İkili ticarət dövriyyəsi 3,2 milyard dollar səviyyəsinə çatıb”.   

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə