BDU-ya 6462 tələbə qəbul olub - VİDEO

BDU-ya 6462 tələbə qəbul olub - VİDEO
Universitetdə tədbir özəllikləri ilə yadda qalıb

Bakı Dövlət Universitetində yeni dərs ili dövlət himninin səsləndiliməsi ilə başladı. Yeni dərs ili münasibətilə BDU-da təntənəli tədbir keçirilib.

Tədbirdə çıxış edən BDU-un rektoru Elçin Babayev universitetin kollektivini yeni dərs ilinin başlaması münasibətilə təbrik edib. Bu il universitetin yaranmasının 100 illiyinin qeyd olunduğunu deyən rektor, I kursların məhz yubiley ərəfəsində universitetə qəbul olmasını əlamətdar hadisə adlandırıb. Rektor builki qəbul göstəricilərindən də danışıb. Bildirib ki, Bakı Dövlət Universiteti yenə də liderliyini qoruyaraq 6462 tələbəni qəbul edib.

Elçin Babayev universitetdə təhsilin yeni prinsiplər əsasında qurulduğunu, qısa zamanda BDU-un aparıcı tədqiqat universitetinə çevriləcəyini bildirib. Rektorun sözlərinə görə, universitetin beynəlxalq əlaqələrinin gücləndirilməsi də davam etdiriləcək. Bununla belə, sosial məsələlər də diqqət mərkəzində saxlanılacaq.

Bu il BDU-da keçirilən tədbir bir sıra özəllikləri ilə fəqlənib. İlk dəfə olaraq tələbələrə bdu-nun domeni olan elektron poçt ünvanı təqdim edilib. Universitetə yüksək balla qəbul olunan tələbələr hədiyyələrlə mükafatlandırılıblar. Tədbirin sonunda isə I kurs tələbələri ilk dərs günündən xatirə məqsədilə gül əkmə aksiyasında iştirak ediblər. İntersum Qeyd edək ki, bu ilin noyabrda BDU-nin 100 illik yubiley tədbiri keçiriləcək. Tədbirdən öncə məzunların forumu da təşkil olunacaq.

 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə