Azərbaycan filmləri Batumidə beynəlxalq festivalda nümayiş olunur

Azərbaycan filmləri Batumidə beynəlxalq festivalda nümayiş olunur

Batumidə "BİAFF 2019" beynəlxalq film festivalı keçirilir.

REAL xəbər verir ki, APA-nın Gürcüstan bürosu xəbər verir ki, festivalda Azərbaycan kinomatoqraflarının da əsərləri nümayiş etdirilir. Festivala azərbaycanlı kinomatoqrafların 2 əsəri təqdim edilib. Bunlar Elmar İmanovun Almaniya və Azərbaycanda hazırladığı 92 dəqiqəlik "Fəsillərin sonu" və Hilal Baydarovun Azərbaycan və Avstriyada hazırladığı "Xurmalar böyüyəndə" adlı 118 dəqiqəlik ekran işləridir.

Bundan başqa, festivala almaniyalı müəllif Veit Helmerin Almaniya və Azərbaycanda hazırladığı 90 dəqiqəlik "Bra" adlı filmi də təqdim edilib.

Qeyd edək ki, 15-22 sentyabr tarixlərində keçiriləcək festivala Azərbaycan, Gürcüstan, Türkiyə, Çexiya, Almaniya, Filippin, Ukrayna, Litva, Polşa, Finlandiya, Fransa, İsrail, Macarıstan, İtaliya və başqa ölkələrdən 40 sənədli və 40 bədii film təqdim edilib.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə