Bu il nikah və boşanma hallarının daha çox qeydə alındığı şəhərlərin adları açıqlanıb

Bu il nikah və boşanma hallarının daha çox qeydə alındığı şəhərlərin adları açıqlanıb

Bu il Azərbaycanda nikah və boşanma hallarının daha çox qeydə alındığı rayon və şəhərlərin adları açıqlanıb.

REAL Report-a istinadla xəbər verir ki,  2019-cu ilin 6 ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 29 391 nikah və 8257 boşanma halları qeydə alınıb.

Bu dövr ərzində daha çox nikaha daxil olma Bakı (6910), Sumqayıt (1 040), Gəncə (825) şəhərlərində və Ağdam (679), Şəmkir (674) rayonlarında, boşanma isə Bakı (2508), Sumqayıt (370), Gəncə (358) şəhərlərində və Ağdam (210), Masallı (176) rayonlarında olub.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə