Daşkəsəndə 48 yaşlı kişinin xəsarət alaraq komaya düşməsinin səbəbi məlum olub - YENİLƏNİB

Daşkəsəndə 48 yaşlı kişinin xəsarət alaraq komaya düşməsinin səbəbi məlum olub - YENİLƏNİB

Daşkəsən şəhərində orta yaşlı kişinin xəsarət alaraq komaya düşməsinin səbəbi məlum olub.

REAL Report-a istinadla xəbər verir ki, şəhərin mərkəzi bazarının yaxınlığında içərisində sürücüsü olmayan "Zil" markalı yük maşını anidən arxaya hərəkət edərək "VAZ-21011" markalı avtomobilə çırpılıb.

Nəticədə minik maşının sürücü, 1971-ci il təvəllüdlü Nizaməddin Hüseynov ağır kəllə-beyin travması alıb. O, koma vəziyyətində Gəncə şəhərindəki xəstəxanalardan birinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


*** 13 sentyabr, saat 22:41

Daşkəsən şəhərində orta yaşlı kişi ağır xəsarət alaraq komaya düşüb.

REAL Report-a istinadla xəbər verir ki, hadisə şəhərin mərkəzi bazarının yaxınlığında qeydə alınıb.

Yaralı Gəncə şəhərindəki xəstəxanaların birinə yerləşdirilib. Onun hansı şəraitdə xəsarət alması dəqiq məlum olmasa da yol-nəqliyyat hadisəsi zamanı xəsarət aldığı güman edilir.

Hazırda məsələ ilə bağlı araşdırmalara başlanılıb.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Bütün xəbərlər