“Ölkəyə qeydiyyatsız giriş yoxdur“ - VİDEO

“Ölkəyə qeydiyyatsız giriş yoxdur“ - VİDEO
““Yaşıl dəhliz" sistemi sahibkarlara əlavə üstünlük qazandırır“

Bakıda keçirilən kölgə iqtisadiyyatı ilə mübarizəyə həsr olunmuş elmi praktiki konfransda çıxış edən Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev nəqliyyat vasitələrinin qeydiyyatsız ölkəyə daxil olmadığını qeyd edib.

O, həmçinin bilidirib ki, elektron idarəetmə sistemlərinin quraşdırılması ilə uçotsuz nəqliyyat vasitələrinin ölkə ərazisinə girişi qadağan olunub.

Səfər Mehdiyevin sözlərinə görə sərhəd keçid məntəqələrində “Yaşıl dəhliz” sisteminin tətbiqindən sonra artıq sahibkarlar gömrük əməkdaşı ilə heç bir təmasa girmədən idxal və ixrac əməliyyatlarını özləri həyata keçirir. Bu sistemin tətbiqi qanuni ticarətlə məşğul olan sahibkarlara dövlət tərəfindən verilən dəstəyin bariz nümunəsidir.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə