Polo klubumuz ilk qələbəni qazanıb - VİDEO

Polo klubumuz ilk qələbəni qazanıb - VİDEO
Bakı dünya kubokuna ev sahibliyi edir

Bakıda polo üzrə sayca 7-ci dünya kuboku uğrunda yarışa start verilib.

Turnirin ilk görüşü Azərbaycanın “Elite Horse & Polo Club Baku” komandası ilə İsveçrənin “Evviva Polo Club” kollektivi arasında təşkil olunub. İlk dəqiqələrdən təşəbüsü ələ keçirən süvarilərimiz rəqib qapısından 11 top keçiriblər. Rəqib isə buraxılmış toplardan yalnız 3-nün əvəzini çıxa bilib.

11-3. Həmyerlilərimizdən Elçin Camallı 6 dəfə fərqlənib. Tərlan Qurbanəliyev qapını 3 dəfə dəqiq nişan alıb. 11 qoldan 2-si Rəşad Həsənovun aktivinə yazılıb.

Qeyd edək ki, komandamız dünya kubokunda ikinci matçını Rusiya kollektivinə qarşı keçirəcək. Qalib gələcəyi təqdirdə atlılarımız finala vəsiqə qazanacaq.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə