Generalın heykəli - VİDEO

Generalın heykəli - VİDEO
Hüseyn Xan Naxçıvanskinin abidəsinin Sankt-Peterburqda açılışı olacaq

Tam süvari qoşunu generalı Hüseyn xan Naxçıvanskinin adı son günlər sosial şəbəkələrin və medianın gündəmindədir. tarixin göz önündə olması alqışlanmalıdır, amma burda məsələ bir az başqadır. general-adyutantın Sankt-Peterburq şəhərində abidəsinin ucaldılması işləri guya maliyyə çatışmazlığından dayandırıla bilər kimi bir narahatlıq var. Azərbaycanın Rusiyadakı səfirliyi isə faktı təsdiqləməyib. bildirilib ki, Prezident İlham Əliyev tərəfindən bu ideyanın tam həyata keçirilməsi üçün bütün lazımi vəsait ayrılıb vəsözügedən layihə ilə bağlı heç bir əlavə maliyyə dəstəyinə ehtiyac yoxdur.

Kompozisiyanın seçilməsi ilə bağlı işlərin əvvəlində bir neçə müəllif tərəfindən müxtəlif eskizlər təqdim olunmuşdu. Həmin eskizlər uzun müddət və ətraflı nəzərdən keçirildikdən sonra gənc və istedadlı heykəltəraş Mixail Popov və memar Yevgeni Çerepaxinin xeyrinə seçim edilmişdi. Mədəniyyət Nazirliyindəki iş təcrübəsindən istifadə edərək, Polad Bülbüloğlu sözügedən eskizə bir sıra düzəliş və əlavələr etmiş, bunun sayəsində abidənin kompozisiyasının yaradıcı hissəsi üzrə iş yekunlaşdırılmışdır. Hazırda heykəltəraşlıq kompozisiyası, eləcə də memarlıq layihəsi tam olaraq yekunlaşıb və işin görülmüş hissəsi ödənilib.

Xatırladaq ki, 2020-ci ildə Azərbaycan Peterburq Mədəniyyət Forumunda qonaq ölkə kimi təmsil olunacaq. Forumun əsas tədbirlərindən biri kimi, Hüseyn xan Naxçıvanskinin abidəsinin təntənəli açılışı planlaşdırılır. Bəs Hüseyn xan Naxşıvanski özü kim olub? 1863-cü ildə Naxçıvanda zadəgan ailəsində anadan olan Hüseyn xanı atası imperator ikinci Aleksandrın himayəsində olan Sankt Peterburqun Paj korpusuna oxumağa göndərmişdi. Çar ordusunda Hüseyn xanı daha çox "Xan Naxıçevanski" kimi tanıyırdılar. O iki müharibədən çıxmışdı. Rus-yapon müharibəsi və Birinci Dünya Müharibəsi.

Rus-Yaponiya müharibəsində qafqazlılardan təşkil olunmuş 2-ci Dağıstan süvari alayına komandirlik etmişdi. Rusiyanın ən yüksək orden və medalları Hüseyn xan naxçıvanskinin yaxasını bəzəyirdi. II dərəcəli "Müqəddəs Aleksandr", "Müqəddəs Georgi" ordeninin 3-cü və 4-cü dərəcələri, "Ağ qartal", "Müqəddəs Vladimir", "Müqəddəs Anna", "Müqəddəs Stanislav" ordenlərinin bütün dərəcələri, üzərində "İgidliyə görə" yazılmış qızıl silah və s....Çar ordusunun generalı ömrünün son günlərinə qədər də çara sədaqəti ilə yadda qalıb. 1919-cu ildə Petroqradda bolşeviklər tərəfindən həbs olunan Hüseyn xan ehtimallaar görə güllələnib.Amma onun dəfn yeri bu günədək məlum deyil.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə