Xələf Xələfov: “Nikol Paşinyan məsuliyyətsiz açıqlamaları ilə regionu təhlükəli məcraya sürükləyir“

Xələf Xələfov: “Nikol Paşinyan məsuliyyətsiz açıqlamaları ilə regionu təhlükəli məcraya sürükləyir“

Erməni xalqı Azərbaycana qarşı təcavüzün məsuliyyətini dərk etməlidir.

REAL “Report”a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Müstəqillik Günü münasibətlə keçirilən rəsmi qəbul zamanı Xarici İşlər nazirinin müavini Xələf Xələfov bildirib.

“Nikol Paşinyanın avantürist açıqlamaları, müharibəyə təhrik edən məsuliyyətsiz addımları regiondakı prosesləri təhlükəli məcraya yönəldir. Erməni xalqının onlara vaxtilə sığınacaq vermiş region xalqlarının torpaqlarına qarşı təcavüzün ağır məsuliyyətini dərk etməsi zərurəti vardır”, - deyən nazir müavini Azərbaycan xalqı və dövlətinin öz torpaqlarının işğalına heç vaxt yol verməyəcəklərini vurğulayıb.

Azərbaycanın ərazi bütövlüyü məsələsində, habelə işğal altındakı ərazidə qondarma “yerli idarəetmə orqanlarına seçkilər”i tanımamaqla bağlı Ukraynaya təşəkkür edən nazir müavini daha sonra qeyd edib: “Güc vasitəsilə dövlət sərhədlərini dəyişdirməyin dünya birliyi tərəfindən qəbul edilmədiyini xüsusi vurğulamaq istərdim. Odur ki, belə yol seçənlər gec-tez iflasa uğrayacaq”.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə