Moskva universitetinin Bakı filialı - VİDEO

Moskva universitetinin Bakı filialı - VİDEO
2020-ci tədris ilindən Universitetin filialının açılması nəzərdə tutulub

Rusiyanın daha bir ali təhsil ocağının Bakıda filialı yaradılır.

2020-2021-сi tədris ilində Moskva Dövlət Humanitar İqtisadiyyat Universitetinin (MDHİU) Bakıda filialı artıq ilk tələbələri qəbul edə biləcək.

Bu barədə REAL-a universitetin rektoru, professor Vaqif Bayramov açıqlama verib.

“2016 – cı ildə mən Rusiyanın Təhsil naziri ilə birlikdə Azərbaycan prezidentinin qəbulunda olduq və universitetin filialının Bakıda açılışı ilə bağlı razılığa gəldik.

Demək olar ki bu proses son mərhələdədir. Sentyabr ayının 26-sında Bakıda keçiriləcək Rusiya Azərbaycan hökumətlərarası komissiyanın iclasında Azərbaycanın Parolimpiya komitəsi ilə Moskva Dövlət Humanitar İqtisadiyyat Universiteti arasında müqavilə imzalanacaq. İlk növbədə bizə filialın administrasiya işləri üçün ofis ayrılacaq. İnanıram ki, 2020-ci ildə artıq biz Azərbaycanda ilk tələbələrimizi qəbul edəcəyik.

Rusiya Azərbaycan hökumətlərarası komisyasının üzvü olarq Vaqif bayramov onu da nəzərə çatdırıb ki, Rusiyada yenidən Azərbaycan etno-təmaüllü məktəb fəaliyyətə başlamalıdır.

"Hökumətlərarası komissiyanın bu günlərdə keçirilən iclasında da qeyd olundu ki, Moskvada fəaliyyətdə olan 157 saylı Azərbaycan məktəbi digər orta təhsil ocağının bir hissəsinə çevrilib. Bunun üçün Rusiyada yenidən belə bir məktəbin fəaliyyətə başlaması məsələsi səsləndirildi və inanıram ki, Sentyabr ayının 26-sında Bakıda keçiriləcək Rusiya Azərbaycan hökumətlərarası komisyanın iclasında bu məsələ dəstəklənəcək ki, Rusiya Federasiyasında Azərbaycan xalqının mədəniyyətini, tarixini tam şəkildə tədris edən etno-təmayüllü məktəb yaradılsın".

Nəzərinizə çatdıraq ki, Rusiyada Təhsil Akademiyasının rəyasət heyətinin iclası zamanı professor Vaqif Bayramov Rusiya Təhsil Akademiyasının “Yüksək xidmətə görə” medalı ilə təltif edilib. Mükafatı Rusiya Təhsil Akademiyasının prezidenti Yuriy Zinçinko təqdim edib.

 

REAL TV-nin Rusiya bürosu

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə