Sverdlovsk rəhbərliyi Bakıda - VİDEO

Sverdlovsk rəhbərliyi Bakıda - VİDEO
Paytaxtda Azərbaycan-Rusiya Biznes-forumu keçirilir

Bakıda Rusiyanın Azərbaycan-Rusiya biznes-forumu keçirildi. Tədbirdə İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov, Sverdlovsk vilayətinin Beynəlxalq münasibətlər və xarici iqtisadiyyat üzrə naziri Vasiliy Kozlov və digər rəsmi şəxslər iştrak etdi.

Rüfət Məmmədov bildirdi ki, belə biznes-forumlar iki ölkə arasında ticarət əlaqələrin inkişafına xidmət edir:

" Bu əlaqələrin inkişafında Sverdlovsk vilayəti də vacib əhəmiyyətə malikdir. Dünən Sverdlovsk vilayəti ilə Azərbaycan arasında bir sıra sənədlər imzalandı. Həmin imzalanan sənədlər arasında təhsil sahəsində imzalanmış müqavilələr də mühüm əhəmiyyətə malikdir. Bu, bir daha iki ölkə arasında əlaqələrin çoxşaxəli olduğunu sübut edir. Rusiya Azərbaycanın mühüm ticarət tərəfdaşıdır: "Rusiyanın Cənubi Qafqazla ticarətin yarısı Azərbaycanın payına düşür. Belə ki, bu ilin yeddi ayında iki ölkə arasında ticarət dövriyyəsi 23 faiz artıb. Rusiya Azərbaycan iqtisadiyyatına 4,7 milyard dollar investisiya yatırıb, Azərbaycan isə Rusiyaya 1,2 milyard dollar yatırıb.Ötən il Sverdlovsk vilayəti ilə ticarət dövriyyəsi 95 milyon dollar təşkil edib, bu il 100 milyonu keçəcəyinə ümid edirik: "Sverdlovsk vilayəti ilə ticarət əlaqələrin genişləndirilməsi üçün böyük potensial görürük".

Gələn il Rusiyanın Sverdlovsk vilayətinin sənaye müəssisələrindən ibarət işgüzar missiyasının Azərbaycana səfəri nəzərdə tutulur.

Nazir qeyd edib ki, missiya tibb avadanlıqları, kimya, IT və digər sahələrini əhatə edəcək.

"Ötən il Sverdlovsk vilayəti ilə Azərbaycan arasında ticarət əlaqələri genişlənib: Lakin bu, sonuncu hədd deyil. Ticarət əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensial mövcuddur: Biz azərbaycanlı hər bir biznesmenlə işləməyə hazırıq".

Qeyd edək ki, biznes-forum çərçivəsində Yekaterinburq şəhərində Logistika mərkəzin yaradılması ilə bağlı Sverdlovsk vilayəti arasında anlaşma memorandumu imzalandı.

Xatırladaq ki, 2018-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 19% artıb və 2,5 mlrd ABŞ dollarını keçib. Azərbaycan və Rusiyanın Sverdlovsk vilayəti ilə ticarət dövriyyəsinin həcmi isə ötən ildə 83% artıb və 95 milyon dollar təşkil edib.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə