“Xətai“ stansiyası istismara verilib - VİDEO

“Xətai“ stansiyası istismara verilib - VİDEO
Ötən il sentyabrın 27-də bağlanmış stansiyada yenidənqurma işləri aparılıb

Əsaslı təmir və yenidənqurmadan sonra “Xətai” stansiyası istismara verilib

Bakı metropoliteninin "Xətai" stansiyası əsaslı təmir və yenidənqurma işlərindən sonra yenidən istismara verilib.

İnşasına hələ 1949-cu ildə başlanmış və 1968-ci il fevralın 22-də açılmış stansiyanın 50 ildən artıq istismar müddətində köhnəlmiş, müasir dövrün tələblərinə cavab verməyən bütün infrastrukturunun yenilənməsi məqsədilə təmir mərhələlərlə aparılıb.

2018-ci il sentyabrın 27-də bağlanmış stansiyada “LT-2” tipli 3 eskalator sökülərək, evezine 4 yeni eskalator quraşdırılıb, eskalatorların sazlanma, tənzimləmə və sınaq işlərinə paralel olaraq maili gedişin çətir örtüyü yenilənib.

Xüsusi davamlı materialdan olan yeni çətir işıqlanma sistemi ilə birlikdə eskalatorların estetik görkəmini tamamlayır. Yeni eskalatorlar funksionallığı ilə seçilir, sürəti dünya standartlarının tələblərinə uyğundur.

Onlar qənaətcil, səmərəli, istismarı və qulluğu daha asandır.

İdarəetməsi müasir dövrün tələblərinə cavab verməklə avtomatlaşdırılıb.

Mühüm məsələlərdən biri stansiyanın giriş vestibülü və platformanın orta zalının divarında Şah İsmayıl Xətaiyə və onun yaradıcılığına həsr olunmuş bədii-memarlıq kompozisiyalarının bərpası idi.

Bərpa edilmiş kompozisiyalar milli memarlıq elementləri ilə zənginləşdirilməklə və işıq effekti ilə daha təravətli çalar alıb.

Qeyd edək ki, hazırda "Cəfər Cabbarlı" stansiyasında da əsaslı təmir və yenidənqurma tədbirləri davam etdirilir.
 

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə