Kürdəmirdə yol qəzası: 7 nəfər xəsarət alıb - FOTO

Kürdəmirdə yol qəzası: 7 nəfər xəsarət alıb - FOTO

Kürdəmir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

REAL-ın məlumatına görə, "Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunun, rayonun Qarabucaq kəndindən keçə hissəsində  qeydə alınıb.

İlkin məlumata görə, hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı su kanalına düşüb. Qəza zamanı 7 nəfərin xəsarət aldığı bildirilir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub. 

Kürdəmir rayonunda baş verən yol qəzasında xəsarət alan şəxslərin kimliyi məlum olub.

Bunlar Bakı şəhər sakinləri - 2009-cu il təvəllüdlü Əhmədzadə Aysu Elmir qızı, 2015-ci il təvəllüdlü Əhmədzadə Ələddin Elmir oğlu, 2013-cü il təvəllüdlü Əhmədzadə Aylin Elmir qızı, 1982-ci il təvəllüdlü Əhmədov Elmir Vaqif oğlu, 1988-ci il təvəllüdlü Əliyeva Şəbnəm Ələddin qızı və Mingəçevir şəhər sakini, 1958-ci il təvəllüdlü Rəhumova Gültəkin Kərim qızıdır. 

Faktla bağlı araşdırmalara başlanılıb. 

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə