Gürcüstanda Azərbaycandilli məktəblərin rəsmi sayı məlum olub

Gürcüstanda Azərbaycandilli məktəblərin rəsmi sayı məlum olub

Gürcüstanda tədrisi Azərbaycan dillində aparılan məktəblərin ümümi sayı 120 təşkil edir.

REAL xəbər verir ki, bu barədə “Report”un yerli bürosunun sorğusuna cavab olaraq Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin Təhsilin İdarəolunması üzrə İnformasiya Sistemi Mərkəzindən məlumat verilib.

Bildirilib ki, bu məktəblərdən 80-i Azərbaycandillidir. Yerdə qalan 40 məktəbdə isə Azərbaycan bölməsi fəaliyyət göstərir.

İllik müqayisədə Gürcüstanın ictimai məktəblərində Azərbaycan bölmələrinin sayı artıb. Belə ki, Mərkəzin ötən il təqdim etdiyi məlumata görə Azərbaycan bölmələrinin sayı 38 təşkil edib.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə