Azərbaycan yığmasının FİFA reytinqində mövqeyi dəyişməyəcək

Azərbaycan yığmasının FİFA reytinqində mövqeyi dəyişməyəcək

Milli komandaların FİFA reytinqi ilə bağlı ehtimallar açıqlanıb.

REAL APA-ya istinadla xəbər verir ki, sentyabrın 19-da dərc olunacaq cədvəldə bir sıra dəyişikliklər baş verəcək.

Buna səbəb hesabat dövründə keçirilən seçmə və yoxlama oyunlarının nəticələridir. Ehtimallarla əsasən, dəyişikliklər Azərbaycan yığmasından yan keçəcək.

Düzdür, AVRO-2020-nin seçmə mərhələsində iki oyun keçirən yığmamızın xal hesabı dəyişəcək. Səfərdə Uelsə 1:2 hesabı ilə uduzan, evdə Xorvatiya ilə bərabərə qalan (1:1) Nikola Yurçeviçin yetirmələri FİFA reytinqində 3 xal əldə ediblər.

Ötən reytinq siyahısında 1188 xala malik olan millinin aktivi 1191 xala çatacaq. Lakin yığma 109-cu pillədə qalacaq.

İyulun 25-dəki siyahıda Bəhreynlə şərik olan Azərbaycan millisi bu dəfə Farer adaları ilə eyni göstəriciyə malik olacaq.

Qeyd edək ki, təxmini siyahıda lider dəyişməyib və Belçika 1-ci pillədə qalıb – 1752. Braziliyanı (1719) keçən Fransa (1725) ikinci sırada qərarlaşıb.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə