Qusarda narkotik vasitələrin alqı-satqısında şübhəli bilinən 57 yaşlı şəxs saxlanılıb

Qusarda narkotik vasitələrin alqı-satqısında şübhəli bilinən 57 yaşlı şəxs saxlanılıb

Qusarda narkotik vasitələrin qanunsuz dövriyyəsində və alqı-satqısında şübhəli bilinən 57 yaşlı şəxs saxlanılıb.

REAL Report-a istinadla xəbər verir ki, Qusar Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısında şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər üç dəfə məhkumluq həyatı yaşamış 57 yaşlı Azər Məmmədkərimov Qusar rayonu Avaranqışlaq kənd ərazisində saxlanılaraq RPŞ-yə gətirilib. 

Burada hal şahidlərinin iştirakı ilə onun üzərinə keçirilən şəxsi axtarış zamanı ondan 29 ədəd kağız bükümlərdə narkotik maddə olan heroin, 8 ədəd kağız bükümlərdə güclü təsiredici psixotrop maddə olan metamfetamin, eləcə də iki ədəd metadon həbləri aşkar olunaraq götürülüb.

İlkin dindirilmə A.Məmmədkərimov narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu etiraf edib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə