Azərbaycanlı rektor Rusiyada “Yüksək xidmətə görə” medalı ilə təltif edilib - FOTOLAR

Azərbaycanlı rektor Rusiyada “Yüksək xidmətə görə” medalı ilə təltif edilib - FOTOLAR

REAL-ın Rusiya bürosunun verdiyi xəbərə görə, Rusiya Təhsil Akademiyasının Rəyasət Heyətinin iclası zamanı Moskva Dövlət Humanitar İqtisad Universitetinin (MDHİU) rektoru, professor Vaqif Bayramovu Akademiyanın “Yüksək xidmətə görə” medalı ilə təltif edilib.

Rektora mükafatı Rusiya Təhsil Akademiyasının prezidenti Yuriy Zinçinko təqdim edib.

Vaqif Bayramov çıxışında bildirib ki, bu medal Rusiya Təhsil Akademiyasının ən yüksək mükafatıdır.

O, əməyinə verilən qiymətə görə təşəkkür edib.

“Rusiyada Təhsil Akademiyasının “Yüksək xidmətə görə” medalı təhsil sahəsində akademiyanın ən yüksək mükafatıdır. Mükafata layiq görülənlər təhsil sahəsində xidmət göstərənlərdir. Mən 14 ildir ki rektoram, təhsil sistemində isə 35 ildir ki fəaliyyət göstərirəm. Mənim əməyimə verilən qiymətə görə minnətdaram və bundan sonra da mən öz fəaliyyətimi yeni bir səviyyəyə çatdırmaq niyyətindəyəm” deyə Vaqif Bayramov bildirib.

 

REAL TV-nin Rusiya bürosu

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə