ABŞ Polşaya 32 ədəd “F-35“ təyyarəsinin satışını təsdiqləyib

ABŞ Polşaya 32 ədəd “F-35“ təyyarəsinin satışını təsdiqləyib

ABŞ rəhbərliyi Polşaya 6,5 milyard dollar dəyərində 32 ədəd beşinci nəsil “F-35” bombardmançı təyyarəsini satmağı qərara alıb.

REAL APA-ya xəbər verir ki, bu barədə çərşənbə günü hökumətlərarası müqavilələrə əsasən xaricdə hərbi texnika və silah tədarükü həyata keçirən ABŞ Müdafiə Nazirliyinin Müdafiə Təhlükəsizliyi və Əməkdaşlığı üzrə İdarəsi açıqlama yayıb.

Razılığa əsasən, siyahıya 32 təyyarə, “Pratt & Whitney” tərəfindən hazırlanan 33 ədəd F-35 mühərrikləri, eləcə də əlaqəli avadanlıqların satışı daxildir.

ABŞ Müdafiə Nazirliyinin mövqeyinə görə, müqavilənin icrası “ABŞ-ın xarici siyasəti və milli təhlükəsizliyi”" maraqlarına uyğundur. Saziş eyni zamanda “Avropada siyasi sabitlik və iqtisadi rifah üçün vacib bir qüvvə olan NATO müttəfiqinin təhlükəsizliyini artıracaq”. ABŞ rəhbərliyi hesab edir ki, bu təyyarələrin satılması “bölgədəki hərbi tarazlığın dəyişməsinə səbəb olmayacaq”.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə