Avropa Şurası-70 (VİDEO)

Avropa Şurası-70 (VİDEO)
Bakıda “Hüquqlarımız, Azadlıqlarımız, Avropamız“ adlı konfrans keçirildi

Avropa Şurasının 70-ci ildönümünə həsr olunmuş "Hüquqlarımız, Azadlıqlarımz, Avropamız" adlı konfransın açılışı baş tutdu.

Tədbirdən öncə AŞPA-nın prezidenti Lilian Mauri Paskie və Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının Prezidenti Ramin Qurbanov Avropa Şuraının tarixi və əsas prinsiplərindən danışdılar.

Açılışda AŞPA-nın prezidenti Lilian Mauri Paskie və Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova çıxış etdilər.

Lilian Paskye Azərbaycanın və digər qonşu dövlətlərin Avropa Şurasına qoşulması Avropada böyük cəmiyyətin formalaşması prosesində vacib dönüş nöqtəsi olduğunu vurğuladı.

Təşkilatın yaranma səbəblərinə və nailiyyətlərinə toxunan prezident bildirib ki, Avropa Şurası üzv ölkələrdə insan hüquqları, demokratiya, qanunun aliliyin təmin olunması üçün çalışıb.

O qeyd etdi ki, AŞPA həmçinin xalqlar arasında daha yaxşı anlaşmanın və vəhdətin yaradılması istiqamətində vacib addımlar atıb.

Avropa İnsan Haqları Məhkəməsinin roluna toxunan AŞPA prezidenti onun Avropada qızıl standart olduğunu Lissabondan Vladivostoka qədər bütün üzv ölkələrin vətəndaşlarının haqlarını qorumaq və müdafiə etmək istiqamətində ciddi işlər gördüyünü vurğuladı.

Üzv ölkələrlə siyasi dialoqun vacib olduğunu qeyd edən AŞPA prezidenti mövcud problemlərlə bağlı açıq müzakirələrin önəmli olduğunu dedi.

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova qeyd etdi ki, Azərbaycan Avropa Şurasının Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı qərarlarının icrası üzrə daha konkret planlar görmək istərdi. "Sülh olmadan davamlı inkişaf olmaz. Daha konkret addımlar görmək istəyirik. Azərbaycan bu cür maneələrin aradan qaldırılması üçün səy göstərməyə həmişə hazırdır, - deyə, ombudsman bildirdi.

Daha sonra, konfrans iştirakçıları Avropa Şurasının missiyası, əsas nailiyyətləri və Avropa Şurası üçün hazırki və gələcək çağırışlar əsasında müzakirələr apardılar.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə