UEFA-nın təşkilatçılığı ilə keçiriləcək III avrokubok turnirinin adı müəyyənləşib

UEFA-nın təşkilatçılığı ilə keçiriləcək III avrokubok turnirinin adı müəyyənləşib

UEFA-nın təşkilatçılığı ilə keçiriləcək III avrokubok turnirinin adı müəyyənləşib. 

Qurum həmin turniri Konfrans Liqası adlandıracaq. 

Bildirilib ki, Konfrans Liqasının ilk püşkü 2021/2022 mövsümü ilə başlaya bilər. Bu, Çempionlar Liqası və Avropa Liqasından sonra üçüncü ən vacib avrokubok turniri olacaq.

Yarışın formatının Çempionlar Liqasının formatına (32 komanda, 8 qrup) bənzəyəcəyi gözlənilir. Qrup liderləri birbaşa 1/8 finala vəsiqə qazanacaq. İkinci yeri tutan kollektivlər pley-offa yüksəlmək üçün Avropa Liqasının qrupunda III olan komanda ilə mübarizə aparacaq. Konfrans Liqasının qalibi növbəti mövsüm Avropa Liqasının qrup mərhələsində iştirak edəcək. 

Qeyd edək ki, 2018-2019 mövsümündə Çempionlar Liqasını İngiltərənin "Liverpul", Avropa Liqasını isə ölkənin digər klubu "Çelsi" qazanıb. 

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə