DGK Çin şirkəti ilə əməkdaşlıq edəcək - VİDEO

 DGK Çin şirkəti ilə əməkdaşlıq edəcək - VİDEO
DGK və “Huawei Tech. Azerbaijan” arasında əməkdaşlıq protokolu imzalanıb

Dövlət Gömrük Komitəsi və “Huawei Tech. Azerbaijan” MMC arasında əməkdaşlığa dair niyyət protokolu imzalanıb

Niyyət protokolunun imzalanmasında məqsəd Dövlət Gömrük Komitəsi və “Huawei Tech. Azerbaijan” MMC arasında informasiya-kommunikasiya texnologiyaları, telekommunikasiya, şəbəkə avadanlıqları və texnoloji innovasiyaların tətbiqi sahəsində qarşılıqlı dəstək və birgə layihələrin icra edilməsidir.

Mərasimdə çıxış edən Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov bildirib ki, Azərbaycan və Çin Xalq Respublikası arasında qarşılıqlı əməkdaşlıq, o cümlədən iqtisadi əlaqələr inkişaf edir. İki ölkə arasındakı mövcud dostluq münasibətlərinə söykənən əməkdaşlıqdan danışan Komitə sədrinin birinci müavini Çin ilə Azərbaycan arasında uğurlu iqtisadi əlaqələrin bariz nümunəsi olaraq ticarət dövriyyəsinin ildən-ilə artdığını qeyd edib.

Komitə sədrinin birinci müavini vurğulayıb ki, gömrük xidmətinin əsas istiqamətlərindən biri də sərhəd-gömrük buraxılış məntəqələrindən keçən mallara, nəqliyyat vasitələrinə və vətəndaşlara gömrük nəzarətini tətbiq etməklə sərhəd keçidini sürətləndirməkdir. Bildirilib ki, Azərbaycan Gömrük Xidməti gömrük hüquqpozmaları, eləcə də qaçaqmalçılıq hallarına qarşı tədbirlərin effektiv şəkildə aparılması üçün bu sahədə də hər zaman ən müasir informasiya texnologiyalarının tətbiqinə çalışır.

Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru İqbal Babayev Bildirilib ki, Azərbaycan gömrük xidməti müasir texnologiyalar, gömrük nəzarəti prosesində tətbiq edilən ən yeni texniki vasitələrdən istifadə edir. Sədr müavini "Huawei" şirkəti ilə imzalanan niyyət protokolunun gələcəkdə İT texnologiyalarının gömrük sahəsindəki tətbiqinə mühüm şərait yaradacağına ümidvar olduğunu da qeyd edib.

Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin ticarət-iqtisadi məsələlər üzrə müşaviri Van Çunqan iki ölkə arasındakı iqtisadi münasibətlərdən bəhs edərək Azərbaycanın Çinin ənənəvi dostu və tərəfdaşı, mühüm nəqliyyat dəhlizi üzərində yerləşən strateji ölkə olduğunu bildirib.

"Huawei" şirkətinin Avropa və Asiya üzrə nümayəndəliyinin rəhbəri Janq Jijian təmsil etdiyi şirkətinin hədəfləri, gələcək məqsədləri barədə danışıb. Janq Jijian Azərbaycan gömrük xidməti ilə əməkdaşlıqdan məmnun olduqlarını bildirib və Dövlət Gömrük Komitəsinin İT texnologiyaları sahəsində əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirib.

Sonda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və “Huawei Tech. Azerbaijan” MMC arasında əməkdaşlığa dair niyyət protokolu imzalanıb. Sənədi Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini İsmayıl Hüseynov və “Huawei Tech. Azerbaijan” MMC-nin rəhbəri Lu Canlin imzalayıblar.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə