İqtidar-müxalifət bəyanatı - VİDEO

İqtidar-müxalifət bəyanatı - VİDEO
Siyasi proseslərə xarici müdaxilənin yolverilməzliyi ilə bağlı dialoq keçirildi

Azərbaycanda fəaliyyət göstərən bir sıra siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, media təmsilçilərinin və müstəqil siyasi ekspertlərin iştirakı ilə "Azərbaycandakı siyasi proseslərə xarici müdaxilələrin yolverilməzliyi" mövzusunda dəyirmi masa keçirildi.

Tədbiri giriş sözü ilə açan Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı dedi ki, bu və digər səbəb və vasitələrlə Azərbaycandan xaricə gedən, anarxist mövqe nümayiş etdirən, mühacir müxalifət adlandırılan səbatsız, iradəsi zəif insanlar Azərbaycana qarşı mübarizə aparırlar:

YAP-ın sədr müavini-icra katibi Əli Əhmədov çıxışında bildirdi ki, təcrübədə ayrı-ayrı ölkələrin daxili işlərinə qarışmaq halları olub. Onun sözlərinə görə, bu hallara müəyyən siyasi proseslər və seçkilər zamanı daha çox rast gəlinir:

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn ayrı-ayrı qüvvələri Azərbaycan uğrunda birləşməyə də çağırdı: “Azərbaycanda iqtidarda, müxalifətdə olmasından asılı olmayaraq, bütün milli qüvvələrin bir araya gəlməsini, ölkəni irəliyə aparmasını mümkün sayıram və buna dəstək verməyə hazır olduğumu bildirmək istəyirəm”.

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa isə dedi ki, ölkənin əsas problemi təhlükəsizlik problemidir.

REAL Təhlil və İnformasiya Mərkəzinin direktoru Mir Şahin çıxışında ictimai-siyasi xadimləri, jurnalistləri dövləti kənardan olan müdaxilələrdən, təxribatlardan qorumağa çağırdı:

Sonda iştirakçılar bəyanat imzaladılar. Bəyanatda Ermənistan-Azərbaycan münaqişəsinin həllində hakimiyyətin nümayiş etdirdiyi qətiyyətli mövqe dəstəklənir, Azərbaycan torpaqlarının qısa müddətdə işğaldan azad edilməsi istiqamətində iqtidarın hərb yolu da daxil olmaqla atacağı addımların müdafiə olumacağı bəyan edilir, ölkədə həyata keçirilən islahatların dərinləşdirilməsi, ardıcıl və davamlı olması vacib hesab edilir, seçkilər zamanı prosesə xarici müdaxilənin yolverilməz olduğu vurğulanır.

Qeyd edək ki, Müsavat Partiyasının başqanı Arif Hacılı və Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğluna dəvət göndərilsə də, onlar dəyirmi masaya qatılmayıb.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə