"Şəfəq-Asiman" blokunda ilk quyunu Heydər Əliyev adına yarımdalma qazma qurğusu qazacaq
“Şəfəq-Asiman” blokunda kəşfiyyat quyusunun qazılmasına gələn ay başlanılacaq.
Bunu "BP" şirkətinin rəsmisi Bəxtiyar Aslanbəyli dedi.
Xatırladaq ki, “Şəfəq-Asiman” bloku üzrə müqavilə 2010-cu ilin oktyabrında imzalanıb. BP və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında imzalanan bu müqavilə 30 ili əhatə edir.
Müqavilədə şirkətlərin hər birinin payı 50%-dir.
Blok Bakıdan 125 km cənub-şərqdə yerləşir. Burada qaz ehtiyatları olduğu ehtimal edilir.