18-ci Beynəlxalq Avrasiya Konqresi - VİDEO

18-ci Beynəlxalq Avrasiya Konqresi - VİDEO
Konqres sentyabrın 14-dək davam edəcək

XVIII Beynəlxalq Avrasiya Cərrahlar və Qastroenteroloqlar Konqresi işinə başlayıb.

Cərrahiyə və qastroenterologiya sahəsindəki son vəziyyət, mövcud problemlər və yeniliklər barədə müzakirələr aparmaq üçün 25 ölkədən 150-dən çox mütəxəssis bir araya gəlib.

Azərbaycan Cərrah Qostroentoloqlar İctimai Birliyinin sədri professor, konqresin sədri Rauf Ağayev deyib ki, tədbirdə mühüm məsələlər barədə çıxışlar nəzərdə tutulub.

Rauf Ağayevin sözlərinə görə, konqresinin əsas məqsədi dünyada bu sahədə çalışan mütəxəssislərin yeni nailiyyətlər barədə müzakirələrini təcrübədə tətbiq etməkdir.

Tədbirdə çıxış edən Səhiyyə nazirinin müavini Elsevər Ağayev Azərbaycan səhiyyəsinin inkişafından danışıb.

Bilirib ki, bu sahədə çox böyük addımlar atılıb. Nazir müavini əlavə edib ki, bu il konqresin materiallarında 31 ölkədən 600-ə qədər məqalə və tezislər dərc olunub. Daha sonra çıxış edən Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli və Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov konqresin ərsəyə gəlməsində akademik Böyükkişi Ağayevin böyük rolu olduğunu vurğulayıblar..

Qeyd edək ki, Azərbaycan 1996-cı ildən Avrasiya Cərrahiyyə və Qastroenterologiya Cəmiyyətinin üzvüdür. 1997-ci ildə ilk konqres Azərbaycanda keçirilib. Builki konqres də akademik Böyükkişi Ağayevə həsr edilib.

Konqres sentyabrın 14-dək davam edəcək.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə