Ukraynada silah anbarında partlayışlar baş verib

Ukraynada silah anbarında partlayışlar baş verib

Ukrayna Müdafiə Nazirliyinin Vinnitska vilayətinin Kalinovka şəhərində yerləşən silah anbarında partlayışlar baş verib. 

REAL APA-ya istinadla xəbər verir ki, partlayış bu gün saat 11:30 radələrində qeydə alınıb. Partlamamış hərbi sursatların təkrar emal üçün saxlanıldığı ərazinin yaxınlığında tüstülənmə qeydə alınıb və bundan sonra ard-arda altı dəfə partlayış baş verib.

İlkin məlumata görə, 2 hektar ərazidə quru otun yanması səbəbindən partlayışların baş verdiyi bildirilir.

Partlayışlar nəticəsində xəsarət alan olmayıb. Hərbçilərin və yerli əhalinin həyatına hər hansı təhlükə yoxdur.

Qeyd edək ki, 2017-ci ilin sentyabrında Kalinovkada 83 min ton döyüş sursatının, o cümlədən “Smerç”, “Uraqan” və “Qrad” raketlərinin saxlanıldığı anbarda yanğın baş verib.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə