Ağdaşda yolun tikintisi başa çatıb - VİDEO

Ağdaşda yolun tikintisi başa çatıb - VİDEO
Ağdaşda yolun tikintisi başa çatıb

Ağdaş rayonunun Qolqəti-Dəhnəxəlil-Qoşaqovaq-Ərəbocağı, həmçinin Nehrəxəlil-Kotanarx-Cardam-Tofiqi-Şəmsabad avtomobil yollarının tikintisini və yenidən qurulması işləri yekunlaşdırılıb. Sözügedən avtomobil yollarının ümumi uzunluğu 60 km təşkil edir.Hər iki avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulub. Avtomobil yolları üzərində yerləşən süni qurğu və borulara gəldikdə isə müxtəlif hissələrində yerləşən suötürücü borular uzun illər istismar olunduğundan sukeçiricilik qabiliyyəti aşağı düşmüş, borularda və boru başlıqlarında sınma və çatlama halları yaranmış, istismar üçün yararsız vəziyyətə düşmüşdür. Bu üzdən yollar boyu istismara yararsız vəziyyətdə olan boruların sökülməsi, əvəzinə və zəruri olan yerlərə ümumilkdə 1290 paqon-metr uzunluğunda müxtəlif diametrli yeni dəmir-beton boruların quraşdırılması işləri aparılıb, başlıqları dəmir-betonla inşa edilib.

Tikinti işlərinin sonuncu mərhələsində avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün hər iki yol boyu 479 yol nişanı və məlumatverici lövhə, 890 siqnal dirəkləri quraşdırılmaqla, yolcizgi və yolgöstərici xətlər çəkilməklə müasir yol infrastrukturu yaradılıb.
 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə