Mixael Şumaxerin 6 ildən sonra huşu qayıdıb

Mixael Şumaxerin 6 ildən sonra huşu qayıdıb

“Formula-1” üzrə yeddiqat dünya çempionu Mixael Şumaxer özünə gəlib.

REAL xəbər verir ki, APA-nın məlumatına görə, 2013-cü il dekabrın 29-da bədbəxt hadisə ilə üzləşdikdən sonra komada olan almaniyalının huşu geri qayıdıb. 

Bunu sabiq pilotun saxlandığı klinikanın əməkdaşlarından biri açıqlayıb.

Qeyd edək ki, 2013-cü ilin dekabrında M.Şumaxer Meribeldə dağ xizəyi sürərkən yıxılaraq ağır yaralanıb. Nəticədə pilot beyninin hər iki yarımkürəsinin zədələri və qanaxması ilə müşayiət olunan kəllə beyin travması alıb. 2014-cü ilin sentyabr ayından etibarən Şumaxerin Cenevrə gölünün sahilində yerləşən İsveçrədəki villasında səhhətinin bərpa prosesi gedirdi.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə