Siyasi partiyalar toplaşdı - VİDEO

Siyasi partiyalar toplaşdı - VİDEO
Siyasi proseslərə xarici müdaxilənin yolverilməzliyi müzakirə olunur

"İstənilən siyasi partiya ölkənin maraqlarını üstün tutmalıdır. Təəssüflə qeyd etmək istəyirəm ki, xaricdə mühacir statusu alan şəxslər Azərbaycanda siyasi proseslərdə yaxından iştirak etməyə cəhd edirlər".

REAL  xəbər verir ki, bunu hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi Əli Əhmədov Bakıda siyasi partiya nümayəndələrinin iştirakı keçirilən “Siyasi partiyalar siyasi proseslərə xarici müdaxilə cəhdlərinə qarşı” dəyirmi masada deyib.

Ə.Əhmədov bildirib ki, onlar asanlıqla xarici xüsusi xidmət orqanları tərəfindən ələ alına bilər: "Ona görə də onların siyasi proseslərə müdaxiləsi təhlükəlidir. Bəziləri "Youtube"da guya izləyicilərinin hesabına gəlir əldə edirlər. Bu, əsassızdır, araşdıra bilərsiniz… Hakimiyyət iddiasında olan partiyalar xalqın marağından çıxış etməlidir, hansısa xarici qüvvənin yox. Mühacirlərin əsas işi Azərbaycan dövlətini, Prezidentini nüfuzdan salmaqdır. Çünki Azərbaycan güclənib, qüdrətlənib. Xarici qüvvələr Ermənistanı "demokratik", Azərbaycanı isə "anti-demokratik" göstərməyə cəhd edirlər. Bütün bu cəhdlər əbəsdir. Sağlam düşüncəli qüvvələrin milli maraqlar naminə birləşməsi çox önəmlidir. Xarici qüvvələr seçkilər vasitəsilə də ölkə daxilinə müdaxilə etməyə cəhd edə bilərlər. Bu təcrübə var".

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə