“Nəsimi-650“ simpoziumu - VİDEO

“Nəsimi-650“ simpoziumu - VİDEO
Türkiyədə "1-ci Təsəvvüf Araşdırmaları Beynəlxalq Simpoziumu" keçirilir

Azərbaycan Respublikası Təhsil Cəmiyyətinin təşəbbüsü, Türkiyənin Nevşehir Hacı Bektaş Vəli Universiteti və Azərbaycan Universiteti ilə birgə Nəsiminin 650 illik yubileyinə həsr edilən elmi simpoziumun açılış mərasimi keçirilib.

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 2019-cu ilin Azərbaycanda “Nəsimi İli” elan edilməsi çərçivəsində təşkil edilən simpozium “I Təsəvvüf Araşıdrmaları Beynəlxalq Simpoziumu” mövzusunda hazırlanıb. Açılışda simpoziumun təşkil edilməsinin əhəmiyyətindən danışılıb və bildirilib ki, tədbirin Nəsimiyə həsr edilməsi təsadüfi deyil.

Nəsimi təsəvvüf ədəbiyyatının nəhəng simalarından biri olmaqla yanaşı, ümumtürk düşüncə tərzinin də əsas adlarından biridir və belə bir simpoziumunun təşkil edilməsi mühüm hadisədir. Azərbaycanın Türkiyədəki səfirliyinin rəsmisi belə tədbirlərin iki qardaş ölkə arasındakı elmi-mədəni münasibətlərin inkişafına daha da xidmət etdiyini vurğulayıb. Sonra tədbir panel müzakirələri ilə davam etdirilib.

Qeyd edək ki, simpozium öz işini sentyabrın 10-u və 11-də davam etdirəcək.

 

REAL TV-nin Türkiyə bürosu

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə