Dağlardan gələn səda - VİDEO

Dağlardan gələn səda - VİDEO
"Dağlarda ada"-Xınalıq

Dünyanın ən yüksək yaşayış məntəqələrindən biri, bəşər tarixində zəngin etnoqrafik dəyərlərə sahib olan dağlarda ada Xınalığa yola düşürük.

Qubadan 57 km cənub-qərbdə, paytaxt Bakıdan isə 225 km məsafədə yerləşən kənd Baş Qafqaz və Yan silsilələri arasındakı çökəklikdə yerləşir.

Tarixi faktlara görə Xınalıq kəndi bizim eradan 5000 il əvvəl Qafqaz Albaniyasının qədim tayfalarından , Mərkəzi Şahdağ xalqlarının nümayəndələrindən biri olan Xınalıqlılar tərəfindən salınıb və onların əsas məskəni olub. Kənd sakinləri isə özlərini Nuh peyğəmbərin nəslindən olduğunu deyirlər. Kənddə danışılan rəvayətlərə görə Nuh peyğəmbər və oğlanları dəhşətli fırtınadan sağ çıxandan sonra daha etibarlı yerlərə köç ediblər. Peyğəmbərin oğlu Yafət isə öz oğulları ilə birlikdə Xınalıq ərazisinə gedərək burada məskən salıb.

Qədim zamanlardan bu gqnə xınalıq sakinlərinin həyat tərzində bir o qədərdə dəyişiklik baş verməyib. İlk elə ondan başlayım ki, kənd sakinləri dünyada oxşarı olmayan unikal bir dildə, Kətiş dilində, onlatın öz təbirincə desək xınalıq dilində danışırlar. Xınalıq dilinin heç bir dialekt və ləhcəsi yoxdur. Sadəcə olaraq kəntdə ya.şayan 3 tayfa arasında müəyyən tələffüz fərqləri var.

Muzeydə erkən tunc dövründən tutmuş Xalq cumhuriyyəti dövründə kəsilən pullaracan rast gəlmək olur.

Xınalıq kəndi özünəməxsus memarlıq strukturu olan yaşayış massividir. Burada küçələr o qədər geniş olmasa da hər biri əhalinin istifadəsi üçün qısa və əlverişlidi. amma dağın başında salınmasının da öz çətinlikləri var.

Bu gün Xınalıq öz tarixiliyini qorumaqla turistlərin ən çox görmək istədiyi məkandır. Mətbəxindən tutmuş evlərin , küçələrin salınmasınacan burada hər şeyin özünəməxsusluğu var.

Kəndə maraqlı yerlərdən biri də Əli Və Nino filminin müyyən epizodlarının burada çəkilməsidir.

Onu da deyim ki, Xınalıq sakinlıri çox istiqanlı və qonaqpərvərdilər. Kəndə gələn turistlər əgər burda gecələmək istyirlərsə kənd sakinləri onları məmnuniyyətlə evlərində qonaq edirlər. Çünki kənddə gecələmək üçün otel yoxdur.

Və dağlardan səda gəldi... Dağlardan gələn səda xoşbəxtliyin, tarixin, insanlığın və şıltağ təbiətin sədasıdı... Xınalıqa əbəs yerə Dağlarda Ada deyilmir... Nağıllara bənzəyən bu adanı gəlib görməyə dəyər...

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə