Təmkinlə qazanılan 1 xal - VİDEO

Təmkinlə qazanılan 1 xal - VİDEO
“Damalılar”ın Bakı sindromu

Futbol üzrə Azərbaycan millisi Avro-2020-nin seçmə mərhələsində ilk xalını qazandı. Komandamız 8-ci km qəsəbə stadionunda Xorvatiya kollektivini büdrətdi. Baş məşqçi Nikola Yurçeviç ilk 4 oyunla müqayisədə qapını Səlahət Ağayevə yox, Emil Balayevə həvalə etmişdi. Zaman xorvatiyalı mütəxəssisin seçimində yanılmadığını göstərdi. Qazaxıstan Tobolunun formasını geyinən Balayev, bir neçə epizodda komandamızın dadına çatdı. 11 dəqiqədə buraxılan qolda da çərçivə qoruyucumuzun günahı yox idi. Əksinə, Emil Luka Modriçin yerinə yetirdiyi 11 metrlik cərimə zərbəsi zamanı topun istiqamətini tapsa da, qola mane ola bilmədi. Hissənin sonlarına yaxın rəqib qapısına doğru irəliləyən futbolçularımız əvvəlcə fasilə ərəfəsində, ardınca isə ikinci yarının ortalarında qonaqların qapısına yol tapdılar. Lakin hər 2 epizodda oyundan kənar vəziyyət olduğu üçün, nə Dimitri Nazarov, nə də Mahir Emreli sevinməyə macal tapmadı. Bununla belə millimiz çox keçmədi, sevindirdi bizi. 72-ci dəqiqədə təmkinlə dünya ikincilərinin bir neçə müdafiəçisindən sıyrılan Təmkin Xəlilzadə Dominik Livakoviçə də şans vermədi, 1-1. Qalan vaxtda hər 2 komanda fərqlənmək üçün fürsət yaxalasa da, tablodakı 1-lər dəyişməyib. Beləliklə, 2015-ci ildə Bakıda xorvatiyalıları büdrədən millimiz, 4 il sonra yenidən balkanların qanını qaraltdı.

Nəticəyə və komandamın çıxışına görə şadam! Oyunçularımızla qürur duyuram. Heyətində ulduzlar olan dünya ikincisinə qarşı oynadıq. Azarkeşlərə təşəkkür edirəm. Xüsusilə də ikinci hissədə bizə verdikləri dəstək möhtəşəm idi. Son vaxtlar yaxşı oyuna rəğmən nəticə qazan bilmirdik. Amma bu dəfə bunu bacardıq. Bütün heyət və azarkeşlər bu sevincə layiq idi. Bu gün Ramil Şeydayev, Ömər Buludov, Anton Krivotsyuk, Mahir Emreli, Renat Dadaşov və digər gənclərimiz var. Onlar gələcəkdə komandanın özəyini təşkil edəcəklər. Emil Balayevin etdikləri isə sadəcə mükəmməl idi. Xüsusən də oyunun əvvəlində inanılmaz işlər gördü, komandanın köməyinə çatdı.

Rəqibi təbrik edirəm. Komandamız oyuna yaxşı başladı və erkən qol vurduq. Lakin daha sonra qapıçınız çox yaxşı çıxış etdi. Meydan sahibləri ikinci yarıda azarkeş dəstəyini də hiss edərək daha inamlı oynadı. Biz isə bir qədər özümüzü itirdik. Bu, məyusedici nəticədir. Amma vəziyyəti qəbul etməli, növbəti görüşlərə hazırlaşmalıyıq.

Bu nəticədən Xorvatiya kollektivləri 10 xalla E qrupuna başçılıq edir. Aktivlərində 9 xal olan macarıstanlılarla slovakiyalılar 2-3-cü yerləri bölüşürlər. 4 oyuna 2 qələbə qazanan Uels 4-cü, ilk xalını qazanan seçməmiz isə sonuncu pillədə qərarlaşı

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə