Çavuşoğlu: “Təhlükəsiz bölgə ilə bağlı ABŞ-ın addımları görüntü xarakteri daşıyır”

Çavuşoğlu: “Təhlükəsiz bölgə ilə bağlı ABŞ-ın addımları görüntü xarakteri daşıyır”

“Təhlükəsiz bölgə məsələsində ABŞ tərəfindən atılan addımlar görüntü xarakteri daşıyır. ABŞ prosesi ləngitməyə davam etsə, Türkiyə bölgəyə girmək məcburiyyətində qalacaq”.

REAL xəbər verir ki, APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bu gün monteneqrolu həmkarı Srdjan Darmanoviçlə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, sərhədlərini terrorçulardan mühafizə etmək Türkiyənin borcudur.

Qeyd edək ki, ötən həftə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya ilə sərhəddə təhlükəsiz bölgə ilə bağlı şərtlərinin qəbul olunmayacağı təqdirdə, Türkiyənin qaçqınlara Avropanın qapılarını açacağını bəyan edib.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə