Məhərrəm ayının 10-cu günü -VİDEO

Məhərrəm ayının 10-cu günü -VİDEO
Bu gün Aşuradır

Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin şöbə müdiri Nahid Məmmədov "Real İnteryu"nun qonağıdır.

"Azərbaycanda Aşura günü ənənəsi illər keçməsinə baxmayaraq hələ də yaşadılır. Ancaq əvvəllər baş verən zəncirvurma, başyarma, qançıxarma halları bəyənilmirdi".

Bunu REAL-a açıqlamasında Bütün Qafqaz Şeyxi Şeyxülislam Allahşükür Paşazadə deyib.

Şeyxülislam bildirib ki, bunların əvəzinə qanvermə aksiyasının keçirilməsi ilə bağlı qərara verilib: “Qanvermə aksiyasında öz qanımızı verməklə xəstə insanlara kömək edirik. Bu, şəriətin və dinin istəyidir".

Şeyxülislam qeyd edib ki, hazırda Azərbaycanın bir çox məscidlərində də qanvermə aksiyası keçirilir: "

Sevindirici haldır ki, Azərbaycandan sonra qonşu ölkə olan İran və Türkiyədə də bu ənənə geniş vüsət alıb. Hesab edirəm ki, bu, savab işdir. Vətən uğrunda şəhid olan bütün şəhidlərimizə də başsağlığı diləyirəm".

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə