“Cənub Qaz Dəhlizi“ - VİDEO

“Cənub Qaz Dəhlizi“ - VİDEO
SOCAR: “Azərbaycanın meqa layihəsi başa çatmaq üzrədir“

Azərbaycanın "Cənub Qaz Dəhlizi" meqa layihəsi başa çatmaq üzrədir.

Bu barədə “REAL TV”-ə  Azərbaycan Dövlət Neft Şirkətinin İctimaiyyətlə Əlaqələr və Tədbirlərin Təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.

Onun sözlərinə görə, bu layihənin seqmentləri olan Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi və Trans-Anadolu Qaz Boru Kəmərinin tikntisi kimi layihələrdə irəliləyiş 100 faizə yaxıdır.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd kubmetrinin Avropaya nəqli nəzərdə tutulur.

Bu boru kəməri Türkiyə-Yunanıstan sərhədində TANAP boru kəmərinə qoşularaq Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə