Yığmamız AÇ-da 12 medal qazanıb - VİDEO

Yığmamız AÇ-da 12 medal qazanıb - VİDEO
Təmsilçilərimizdən 5-i fəxri kürsünün birinci pilləsinə qalxıb

Macarıstanın Györ şəhərində kikboksinqin WAKO versiyası üzrə yeniyetmələr və gənclər arasında Avropa çempionati keçirilib.

Turnirdə 39 ölkədən 2 mindən artıq idmançı iştirak edib. Millimiz yarışa gənclərdən ibarət yığmanın baş məşqçisi Hakim Hacıyevin rəhbərliyi altında 29 idmançı ilə qatılıb.

Çempionatda fərqlənən idmançılardan biri də “Qızıl əlcək” idman klubunun yetirməsi, üçqat Azərbaycan çempionu, dünya kəmərinin sahibi Nihat Tağızadədir. On beş yaşlı idmançı Avropa çempionatını gümüş medalla başa vurub.

Qeyd edək ki, Avropa Çempionatın yekununda Azərbaycan komandası ümumilikdə 12 medal qazanıb. Bu mükafatlardan 5-i qızıl, 2-si gümüş, 5-i isə bürünc olub.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə