Bakı Dünya kubokunu qəbul edəcək - VİDEO

Bakı Dünya kubokunu qəbul edəcək - VİDEO
Paytaxtın açıq çempionatına yekun vurulub

Abşeron Olimpiya İdman Kompleksində juboksinq üzrə Bakı açıq çempionatı keçirilib.

2 gün davam etmiş yarışda yerli idmançılarla yanaşı İran və Türkiyədən gəlmiş döyüşçülər mübarizə aparıb. Turnirin açılış mərasimndən sonra 4 çəki dərəcəsində kəmər döyüşləri baş tutub.

Ağırlığı 80, 85, 90 və 90 kiloqramdan artıq olan döyüşçülərin titul görüşləri Azərbaycan təmsilçilərinin üstünlüyü ilə yekunlaşıb. Açıq paytaxt çempionatında yığma komandanın aparıcı üzvləri ilə yanaşı ehtiyyat qüvvə də sınaqdan keçirilib.

Məqsəd ilin sonunda təşkil olunacaq dünya kubokunda uğrunda yarışda yüksək nəticələr qazanmaqdır.

Dünya kubokunda Rusiya, Gürcüstan, İran, Qazaxıstan, Pakistan, Özbəkistan kimi komandaları iştirak edəcəyi dəqiqdir.

Adı çəkilən ölkələr sifariş ərizəsini təqdim edib. Yarışa qatılacaq ölkələrin tam siyahısı isə yaxın vaxtlarda məlum olacaq.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə