Qadını maşınla vurub öldürən sürücüyə hökm oxunub

Qadını maşınla vurub öldürən sürücüyə hökm oxunub

Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Vüqar Qasımovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

REAL Report-a istinadla xəbər verir ki, hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, V.Qasımov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hadisə bu il fevralın 17-də saat 23:15 radələrində Qaradağ rayonunun Qızıldaş qəsəbəsi ərazisində baş verib. Qızıldaş qəsəbəsinin mərkəzi yolu ilə qəsəbə istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən 1971-ci il təvəllüdlü Şahverdiyeva Nəzakət Qüdrət qızını maşın vurub. Hadisə yerindən qaçan qəsəbə sakini 1978-ci il təvəllüdlü Qasımov İlqar Səfərqulu oğlu tutulub. Onun hadisəni 99-FZ-087 dövlət nömrə nişanlı "VAZ 21214 Niva" markalı avtomobillə törətdiyi məlum olub.

Ona Cinayət Məcəlləsinin 263-1.3 (yol hərəkəti qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib

Qəza nəticəsində ölən Nəzakət Şahverdiyeva iki övlad anası olub. O, uzun illərdir uşaqlarını tək böyüdürmüş.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə