Ağsuda tanınmış həkim çardaqdan yıxılaraq ölüb

Ağsuda tanınmış həkim çardaqdan yıxılaraq ölüb

Ağsu rayonunda həkim bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

REAL APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Bəklə kəndində qeydə alınıb. Kənd sakini, Ağsu rayon Mərkəzi Xəstəxanasının cərrah həkimi, 67 yaşlı Balamirzə Məsimov yaşadığı evin həyətindəki çardaqdan üzüm yığarkən ehtiyatsızlıq edib və yıxılaraq ağır bədən xəsarətləri alıb.

B.Məsimov müalicə üçün təcili olaraq Bakı xəstəxanalarından birinə aparılıb. Həkimlərin tibbi yardım göstərməsinə baxmayaq, B.Məsimov dünyasını dəyişib.

Qeyd edək ki, Balamirzə Məsimov Ağsu rayon Mərkəzi Xəstəxanasında cərrah həkim işləyirdi.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə