Mir Şahinin vaxtı - VİDEO (08.09.2019)

Mir Şahinin vaxtı - VİDEO (08.09.2019)

REAL Təhlil və İnformasiya Mərkəzində “Mir Şahin vaxtı”dır.

Salam. Bu həftə Azərbaycan Prezidenti növbəti işıq açılışı etdi. Bütün Qaranlıq niyyətlərin ən yaxşı cavabı işıqdır və İlham Əliyev bunu yaxşı bilir.

Bu həftə həm də Azərbaycan regional təhlükəsizliyin müzakirə mərkəzi oldu. Belə müzakirə üçün regionda sabit, dinc, Donald Trampın sözlərilə desək firavan Azərbaycandan daha uğurlu bir məkan tapmaq yəqin ki mümkün deyil.

Əvvəlcə Rusiya Federasiyasının Təhlükəsizlik Şurası katibi Patruşev Bakının qonağı oldu. Onun Bakıda keçirdiyi görüşlər, xüsusilə Prezident İlham Əliyevin qəbulunda söylədikləri, çatdırdığı mesajlar ondan xəbər verirdi ki, keçmiş sovet məkanında Azərbaycanın tutduğu geosiyasi yer coğrafi miqyasından dəfələrlə artıqdır. Faktiki olaraq yeni Bakı-Moskva yaxud, Moskva-Bakı vektoru yaranır ki, bununla da Əliyev-Putin tandemi regionun istər siyasi-hərbi, istərsə də iqtisadi-mənəvi atmosferini dəyişir. Və bu yeni mühitdə Azərbaycan öz təhlükəsizliyini regional təhlükəsizliyə etibarlı zəmanət kimi təqdim etməyi bacarıb. Maraqlı mövqe dəyişiklikləri müşahidə edirik. Məsələn, adətən Qarabağ mövzusu, Ermənistan-Azəbaycan münaqişəsi ilə bağlı suallara könülsüz cavab verən, əksər hallarda isə qaba şəkildə, özü də adətən Azərbaycan jurnalistlərini acılayan Marina Zaxarovanın bu həftə, Patruşevin Bakı səfəri həftəsi, Rusiya Təhlükəsizlik Şurası katibinin Qarabağda həlak olan vətəndaşlarımızın ruhu qarşısında Şəhidlər xiyabanında baş əydiyi həftə- Rusiya Xarici işlər nazirliyində mətbuat katibi kimi keçirdiyi brifinqdə REAL-ın sualı zamanı nümayiş etdirdiyi təmkin və kifayət qədər açıq mövqe kimi.

Sual Nikol Paşinyanın son zamanlar verdiyi qeyri konstruktiv bəyanatlarla, məsələn Qarabağın Ermənistanın tərkib hissəsi olması barədə söylədiyi provakativ fikirlərlə bağlı idi:

Razılaşaq ki, çoxdan idi, Azərbaycan Rusiyadan Qarabağ münaqişəsi ətrafında bu qədər açıq, yəni diplomatiyanın imkan verdiyi dərəcədə açıq yanaşmanı görmürdü və gözləyirdi. REAL Təhlil və İnformasiya Mərkəzinin ATƏT-in Minsk Qrupunin həmsədrlərinə Paşinyanın provakativ bəyanatına münasibət bildirməyi tələb edən sorğusuna Rusiyanın Baş Diplomatiya idarəsindən cavab ala biləməməyimiz də bizi ciddi nigaranlandırırdı. Bu baxımdan Marina Zaxarovanın əslində Paşinyanın mövqeyini pisləməsi və onun son bəyanatını “nifaq alması” adlandırması Moskvanın Qarabağ məsələsində öz koordinatlarına düzəliş etməsi və Bakının ədalətli mövqeyinə yaxınlaşması təsiri bağışlayır.

Loru dildə desək, təxminən belə, məncə, Rusiya Xarici işlər nazirliyi Azərbaycanın mövqeyini dəstəklədi. Bayaq dedik ki, Azərbaycan öz təhlükəsizliyini regional təhlükəsizliyin etibarlı qarantiyası, postamenti kimi təqdim etməyi bacarır. Niyə belə düşünürük? Ona görə ki, regionda yeni beynəlxalq təhlükəsizlik coğrafiyası cızılır. Türkiyə Prezidentinin Rusiya Prezidenti ilə mütəmadi və getdikcə daha zəngin, məhsuldar münasibətlər qurması Azərbaycanın dünyada əsas müttəfiqi olan bir ölkənin bizim də daxil olduğumuz yaxın coğrafiyada möhkəm oturuşmağa başlayan fiqura çevrilməsidir. Ərdoğan-Putin yaxınlaşması birmənalı şəkildə Bakının əlinə işləyir və bu tendensiya getdikcə daha etibarlı və dönməz xarakter almaqdadır. Bu baxımdan Rusiya-Türkiyə-Azərbaycan birliyinin gələcəyi region üçün ciddi dəyişikliklərə səbəb ola bilər. Hələ onu da nəzərə alsaq ki, İran İslam Respublikasının Amerika Birləşmiş Ştatları ilə münasibətləri reallığında da Bakı xüsusi çəkiyə malikdir. Və Azərbaycan bir neçə il əvvəl “heç vaxt öz ərazisindən 3-cü dövlətə İrana qarşı istifadə etməyə yol verməyəcəyini bəyan etməklə Tehrandan qardaşlıq, dostluq, səmimilik və etibar eyniliyi gözləməyə haqq edir. Bu isə gələcəyin samballı dördlüyünün məhz Bakı ətrafında formalaşmaqda, oturuşmaqda olduğunu açıq göstərir. Bakı-Ankara-Moskva-Tehran. Bu nəticə ilə gəlin indi biz regional təhlükəsizliyin etibarlı mərkəzi kimi Bakıya başqa bir beynəlxalq tədbir fonunda baxaq.

Türkdilli dövlətlərin xüsusi xidmət orqanları konfransının 22-ci iclasına keçirəm. Təklif edirəm ki, Prezidentin iclas iştirakçılarına göndərdiyi məktuba qulaq asaq.

Düzdür, Prezident sonra Konfransın 22-ci iclasının iştirakçılarını qəbul etdi, onlara xüsusi diqqət və vaxt ayırdı və əlbəttə bu Bakı toplantısına olan mötəbər münasibətin şəklidir, bütün bunlar öz yerində, amma mən bu məhz bu məktubu xüsusi vurğulamaq istəyirəm. İlham Əliyev Azərbaycanın təhlükəsizliyini dünyanın, regionun təhlükəsizliyindən ayırmır və özünün planetdə muxtar asayişi, xudbin əmin-amanlığı üçün separat mübarizə aparmır. Əksinə, gənc müstəqil dövlətin üzləşdiyi risklərin, təhdidlərin dünya təhlükəsizliyi üçün olduğu kimi, dünyanın qos-qocaman dövlətlərinin qarşılaşdığı təhlükələrin də Azərbaycan kimi yeni müstəqillik etmiş ölkələrə pis aqibət vəd etdiyini anladır. Elə bu səbəbdən müştərək mübarizə və müqavimət konsepsiyası təqdim edir.

Azərbaycanda dövlət idarəçiliyinin mütəşəkkilliyini pozmağa çalışanlar

İndi isə ümumiyyətlə beynəlxalq terrorizmdən danışaq. Daha doğrusu bu anlayış altında nəyin və hansı hərəkətlərin nəzərdə tutulmasından.

Google axtarış sisteminə daxil olaq.: Deməli beynəlxalq terrorizm belə anladılır: Terrorizmin 60-cı illərdə meydana gələn, 20-ci əsrin sonu və 21-ci əsrin əvvəlində nəzərəçarpacaq dərəcədə inkişaf etmiş xüsusi forması. Beynəlxalq terrorizmin əsas hədəfləri bunlardır: dövlət idarəçiliyinin mütəşəkkilliyini pozmaq, iqtisadi və siyasi zərər və ziyan yetirmək, ictimai quruluşun təməllərini pozmaq və bu yolla hakimiyyəti öz siyasətini dəyişməyə məcbur etmək. Beynəlxalq terrorçu təşkilatlar öz məqsədlərinə çatmaq məqsədilə internetdən, radio və televiziyadan istifadə edirlər. Beynəlxalq terrorizm həm də ona görə xüsusilə təhlükəlidir ki, beynəlxalq qanun-qaydaları və dövlətlərarası münasibətləri təhdid edir. Beynəlxalq terrorizmin istənilən aksiyası minimum iki dövlətin maraqlarına toxunur və belə halların qarşısını almaq və ya xəbərdarlıq etmək üçün geniş miqyasda dövlətlər arası əməkdaşlıq zəruridir. Bu mətn Sizə kimlərisə, haralarısa, nələrisə xatırlatmadı ki? Məsələn elə bu fikirlər: diqqət, təkrar edirəm: “Beynəlxalq terrorizmin əsas hədəfləri bunlardır: dövlət idarəçiliyinin mütəşəkkilliyini pozmaq, iqtisadi və siyasi zərər və ziyan yetirmək, ictimai quruluşun təməllərini pozmaq və bu yolla hakimiyyəti öz siyasətini dəyişməyə məcbur etmək. Beynəlxalq terrorçu təşkilatlar öz məqsədlərinə çatmaq məqsədilə internetdən, radio və televiziyadan istifadə edirlər!”

Aydın olsun deyə bəzi ipucları verirəm. Kimdir bu beynəlxalq terrorçular. Hansı təhdidləri edirlər? Hansı təhlükələri doğururlar? Ümumiyyətlə, Azəbaycandan ötrü beynəlxalq terror təhlükəsi mövcuddurmu? Bu suallara cavab vermək üçün beynəlxalq terrorizmin mahiyyətinə yenidən qayıdıram. Növbəti dəfə təkrar! Beynəlxalq terrorizm ümumiyyətlə terrorizmin inkişaf etmiş fazasıdır və əsas hədəfləri də bunlardır: dövlət idarəçiliyinin mütəşəkkilliyini pozmaq, iqtisadi və siyasi zərər və ziyan yetirmək, ictimai quruluşun təməllərini pozmaq və bu yolla hakimiyyəti öz siyasətini dəyişməyə məcbur etmək. Beynəlxalq terrorçu təşkilatlar öz məqsədlərinə çatmaq məqsədilə internetdən, radio və televiziyadan istifadə edirlər. Beynəlxalq terrorizm həm də ona görə xüsusilə təhlükəlidir ki, beynəlxalq qanun-qaydaları və dövlətlərarası münasibətləri təhdid edir. İndi isə vaxtdır, mübtədanı tapmaq üçün xəbərə sual veririk. Dövlət idarəçiliyinin mütəşəkkilliyini kim pozmağa çalışır və bunu hansı yollarla edir Azərbaycanla bağlı? İctimai quruluşun təməllərini pozmaq və bu yolla hakimiyyəti öz siyasətini dəyişməyə məcbur etmək və bu yolla hakimiyyəti öz siyasətini dəyişməyə vadar etmək istəyənlər kimdir Azərbaycan ətrafında? Öz niyyətini internet və digər vasitələrdən istifadə etməklə həyata keçirmək istəyənlər kimdir Azərbaycanla bağlı? Səmimi olsaq, bu sualların cavabını hər birimiz əslində bilirik. Sadəcə bildiyimiz cavabları bu düsturda yerinə qoymağa ya ürək eləmirik, ya firqə marağımız qoymur, ya da ciddiyə almadığımızdan sualın həll yerini boş buraxırıq. Məsələn, mən şəxsən Azərbaycanda dövlət idarəçiliyinin mütəşəkkilliyini pozmağa çalışanları tanıyıram. ictimai quruluşun təməllərini pozmaq və bu yolla hakimiyyəti öz siyasətini dəyişməyə məcbur etmək istəyənləri tanıyıram. bu məqsədlə internetdən, internet tv-lərdən yararlananları tanıyıram. Ola bilsin ki, ittiham ağır olacaq. Amma google axtarış sisteminin təqdim etdiyi ölçülərlə fotorobot düzəltsək bu beynəlxalq terrorçunun orta statik portretinin bir suyu Əli Kərimliyə, bir suyu Qənimət Zahidə, bir suyu Yunis Səfərova, bir suyu Sevinc Osmanqızına, bir suyu Qurban Məmmədova, bir suyu Orduxan Temirxana, bir suyu Tural Sadiqliyə, bir suyu Rəşad Böyükkişiyevə oxşayacaq. Bir suyu əvəzinə bir qanı da deyə bilərdik. Çevriliş yoluyla hakimiyyətə gəlmiş, üsyanla devrilmiş Elçibəy hakimiyyətinin qara güruh qalıqlarının bu gün eyni yolla qayıdış etmək istəyinin irsi əsasları var. 1993-cü il, iyun ayında hakimiyyətdən qovulmuş səriştəsiz və məsuliyyətsiz qrup sonradan bir neçə dəfə geri dönməyə çalışmışdı. Hər dəfə də eyni üsulla. 2003-cü ildə Prezident seçkilərindən sonra öz rüsvayçı məğlubiyyətilə razılaşmayan güruh hakimiyyəti devirməyə, zorakılıqla dövlət başına gəlməyə çalışdı, amma məğlub oldu. O zaman da mitinqlərə çağırış qara güruhun yeganə yolu idi. Necə ki, eyni addımı 1992-ci il, mart ayının 6-da atmışdılar. Necə ki, eyni addımı 1992-ci il may ayının 15-də atmışdılar. Bu gün də qara güruhun mitinq tələbi ağılla yox, güclə qalib gəlmək təcrübəsini növbəti dəfə sınamaq cəhdidir. Ona görə mitinqlər heç bir səbəb və yekuna hesablanmır. Hətta bir qayda olaraq keyfiyyətsiz məhsul mitinqlərinin qətnaməsi belə mövcud olmur. Hətta bir mitinqdə məsələ qoyulmur ki, növbətisində onun həllinə qayıdılsın. Qaragüruhun irəlidə gedənləri bütün olan qalan şüur qalıqlarını dağıdıcı çağırışlara cəlb edirlər. Doğruçu qızı Yalancıq Osmanqızı kanalında çıxış edənlər, Əli Kərimlinin artıq çoxdan marginallaşmış siyasi vücudu, Qənimət Zahidin ancaq uydurmaya hesablanan, 90 faizi böhtandan ibarət hədyanları əslində dövlət idarəçiliyinin mütəşəkkilliyini pozmağa çalışır. Beynəlxalq terrorizm anlayışının göstəricilərini yerinə qoysaq onlar ictimai quruluşun təməllərini pozmaq və bu yolla hakimiyyəti öz siyasətini dəyişməyə məcbur etmək istəyirlər. Bir sıra hallarda isə hətta artıq biz dedik etdilər, məcbur etdik etdilər deyə açıq açığına terror məntiqini sübut etməyə çalışırlar. Bu niyyət uğrunda əllərində olan internet resurslarından istifadə edirlər. Özü də üzə durmaqla. Ağ yalanla. Başa düşürəm qara güruhun populist, heç bir elmi izaha əsaslanmayan və normal məntiqə söykənməyən çıxışlarının, çağırışlarının arxasınca gedən, asan varlanmaq, bir gecədə kasıbdan varlıya dönmək istəyən, real imkanlarının yaşatdığı real vəziyyətlə barışmayaraq parlaq sabah istəyən sadəlövh avam kəsləri. Amma arabir başımızı qabağımıza qoyub fikirləşməliyik, bizə göstərilənlərə baxmalıyıq. Mütləq baxmalıyılq. Məsələn Elçibəyi ideallar idealı, qənirsiz siyasət gözəli kimi təqdim edənlərə qulaq asdığımız kimi alternativ fikirlərlə də tanış olmalıyıq. Nə ziyanı var ki? 1993-cü ildə iyun üsyanından sonra hakimiyyətdən qaçaraq Kələkiyə sığınan Əbülfəz Elçibəyin bu addımını bizə onun vətəndaş müharibəsinə getmək istəməməsilə, qan tökmək niyyətindən uzaq olmasıyla izah edirdilər. İnananlar da var idi. Amma indi məlum olur ki, qan tökməmək üçün hakimiyyəti buraxıb kəndinə sığınan Ali Baş komandan qiyamçı polkovnikə qarşılıqsız dəstək vermək bahasına olsda belə hakimiyyətə gəlmək istəyib. Yenə də dövlət çevrilişi yolu ilə. 1995-ci ilin mart ayında, OMON qiyamı zamanı Rövşən Cavadovun silahdaşı və məsləhətçisi olmuş Fərman Dəmirqolun jurnalist Əvəz Zeynallıya verdiyi müsahibəyə baxmaq lazımdır mütləq. Hökmən. Orda hər kəs üçün maraqlı məlumatlar, indi açılan sirrlər var. Məsələn mənə Rövşən Cavadova Elçibəyin göndərdiyi məktub məsələsi çox maraqlı gəldi.

 

Belə. Əvəz Zeynallının bu müsahibəsi Elçibəyçilərin də, özünü cəmiyyətə, daha doğrusu həmin dövrü yaşamayan, ya da ağlı kəsməyənlərə milli azadlıq hərəkatının qənirsiz, eyibsiz, ideal nümunələri kimi təqdim edən digər şəxslərin də keçmişini qarışdırır. Mən indi daha yaxşı başa düşürəm ki, niyə hər dəfə qara güruh mitinqlərə daha çox adamın toplanmasını istəyir. indi daha aydın şəkildə anlayıram ki. 2003-cü ildə Azadlıq meydanını niyə ələ keçirmək istəyib bu güruh? İndi daha aydın şəkildə anlayıram ki, Əli Kərimli Yunis Səfərovun, Rəşad Böyükkişiyevin, Tale Bağırovun müdafiəsinə niyə qalxır. Niyə Azərbaycandan kənarda oturub ölkəni qan çanağına çevirməyə çalışanların sözçüsü rolunda çıxış edir. Bu nöqtədən yanaşanda Osmanqızının kanalı da beynəlxalq terrora xidmət edən rupordan başqa bir şey deyil. Osmanqızının plebey beyni onun o bütün şəhərli məzmununu və mükəmməl ingilis dilini çoxdan yeyib oturub. Xüsusi xidmət orqanlarının tösmərək bir kişisinin alma dişləminə şərik kinli və kirli qadın sadəcə niyyətini internet və digər vasitələrdən istifadə etməklə həyata keçirmək istəyən qüvvələrdən biridir. Beynəlxalq terror vahididir. Onların kontingenti isə həmişə və hər yerdə olduğu kimi savadsız, avam, cahil və sadəlövh, təcrübəsizlərdən ibarət qara kütlədir. Bu gün Azərbaycanı qan gölünə döndərməyə çağıran, dövlət dəyərlərini, bütün mənəvi tabuları təhqir hədəfinə çevirən, özünü mühacir adlandıraraq əslində fərarilik etmiş, bu gün isə o əməli daha ağır cinayətlərlə qatılaşdıran potensial məhkum və məhbusları müdafiə etmək də Qara Güruh liderlərinin terrorçu mənəviyyatıyla bağlıdır.

Baxın. Biz son həftə nəyin şahidi olduq: Prezident İslam Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşdü. İyulun 27-də. Bütün kütləvi informasiya vasitələri görüşdən reportaj hazırladı, biz isə görüşün məzmunu barədə Baş Katibin özündən müsahibə aldıq. Həmin gün və ertəsi gün efirdə oldu. Uzun müddət xəbər lentindən çıxmadı. İki gün sonra isə başlandı. Prezident hanı? Hardadı? Prezidenti, Elçibəyi dövlətin məhşər gecəsi yoxa çıxan bir siyasət abdalı nəinki öz, hətta bütün region özlərinin yerində olan İlham Əliyevi axtarırdı! Əslində məqsədyönlü şəkildə hazırlanan ideoloji diversiya idi bu. Bir məqsəd saxta möhür şəbəkəsinin ifşasından və ötən il Gəncədə törədilən teror aktının və aktdan sonrakı proseslərin iştirakçılarının əməllərinin faktlarla, dəlillərlə, video və fotoşəkillərlə nümayiş etdirilməsindən sonra hətta öz sosial şəbəkələrində belə pislənən, təhqir olunan güruh liderlərinin üzərindən diqqəti yayındırmaq, psixoloji üstünlüyə yiyələnmək idisə, başqa və daha təhlükəli hədəf xalq arasında qeyri-müəyyənlik yaratmaq, Prezidentin səhhəti mövzusunda manipulyasiyalar etməklə əhalidə çaxnaşma yaratmaq, bununla da Yunis Səfərovun Elmar Vəliyevə terror hərəkəti etməsiylə əkiztay əməl paylaşmaq idi. Hə. dürüst eşitdiniz. Tam elə. Elmar Vəliyev hadisəsi ətrafında xalq içinə şayiə ekspedisiyası yollamaq ilk məşq idi. Prezidentin, özü də sapsağlam bir dövlət adamının, cəmi 3 gün əvvəl İslam Əməkdaşlıq Təşkilatının Baş katibini hamının gözü qabağında qəbul etmiş İlham Əliyevin haqqında uydurulan və cəmiyyətə püskürülən təhlükəli-təxribatlı, ideoloji-diversiyanın başqa adı və təyinatı yoxdur. Əli Kərimlinin, Sevinc Osmanqızının, Qənimət Zahidin bu boyda təkzibdən sonra Azərbaycan xalqından üzr istəyəcəyini gözləyənlərin məsumluğu qarşısında baş əyirəm. Amma, əzizlərim, məncə bu tutuquşuları çox gözəl bilirdilər ki, yalan danışırlar? Day niyə üzr istəməlidirlər ki? Yox əgər doğrudan da Prezidentin səhhəti barədə məlumatı onlara ya ermənicə, ya rusca, ya farsca soxuşdurublar, onda qoy sahiblərilə aydınlaşdırsınlar. Əliliyin, Osmanqızılığın və Qənimətliyin ömrü indi day 40 yox, heç 4 gün də çəkmir. Çəkmədi də. Və bütün bu sadaladıqlarımın sonunda qayıdıram əvvələ.

Beynəlxalq Terror. Bax budur qara güruhun mahiyyəti. İndi mənə qətiyyən təəccüblü görünmür ki, niyə saxta möhürlərlə mühacir quraşdırıb xaricə, erməni xüsusi xidmət orqanlarının təsir dairəsinə göndərilənlər Kərimli Əli cibindən çıxır. Osmanqızı niyə terrorçu Yunis Səfərovu müdafiə edir. Cəmiyyətə qanuni hakimiyyətlə terror yoluyla mübarizə aşılayır. Mən təəccüblənmədim Əli Kərimlinin Avropadakı nümayəndəsi, əmisi oğlu İnqilab Kərimov “Azərbaycana xoş gəlirsən İŞİD” deyəndə. Öz mənəviyyatını, əqidəsini terror brendinin ayaqları altına payəndaz edəndə. Biz artıq beynəlxalq terror texnologiyası ilə işləyən qara güruhun adətən Ermənistan xüsusi xidmət orqanlarının ya birbaşa, ya da dolayısı ilə cəlb olunduğu təbliğat kombinasiyalarının fəal üzvü olduğunu, onlarla yekdil hərəkət etdiklərini bilirik. Xatırlayırsınızsa Mehman Hüseynov adlı birinin həbsxanada qatıq aclığını qabardaraq Ermənistan həbsxanasında məhbusun aclıq elan edərək ölməsi faktını nəyin bahasına olursa-olsun gizlətmək tapşırığı da var idi. Məhz Əli Kərimli və Osmanqızının birgə fəaliyyəti nəticəsində məhbəsdə, elan etdiyi aclıqdan ölən Yegizaryan arxa planda qaldı. Çünki Osmanqızı və Əli Kərimliyə lazım idi ki, demokratik qalib kimi beyət etdikləri Paşinyanın imicinə ziyan dəyməsin. Terrorçuların bir tipik xüsusiyyəti var. Onlar öz əməllərinə haqq qazandırmaq üçün hədəfə aldıqları qüvvələrə elə həmin əməlləri müncər edirlər. Ona görə də gözləyək, yəqin ki İnqilab Kərimovun sosial şəbkələrdə İŞİD-in pişvazına çıxmasının əks-sədası da çıxacaq. Böyük Britaniya vətəndaşı, aktiv sosial şəbəkə istifadəçisi olan biri Azərbaycanın əleyhinə məqalə paylaşıb. Şərq-müsəlman dünyası əleyhinə paylaşımları ilə tanınan və paylaşımlarının 95 faizi siyasi mövzularda olan bu adam Bolqar jurnalist Dilyana Qaytancıyevanın "Terrorçular üçün silah daşıyan 350 diplomatik uçuş" başlıqlı məqaləsini yenidən yayımlayıb. Məqalədə iddia olunur ki, “3 il boyunca Azərbaycandan Silk Way vasitəsilə münaqişə zonalarındakı terrorçulara silah daşınıb”. Əlavə edir ki, “İri dövlətlər buna göz yumublar”. Sənədlərdə bu silahlarla bağlı razılaşmaların olduğu da qeyd edilir. Maraqlıdır ki, Bolqar jurnalist tərəfindən xeyli əvvəl yazılan, amma təkzib olunan məqalə, bu günlərdə tvitterdə yenidən paylaşılıb və bu paylaşımdan sonra Azərbaycan barədə qondarma ittihamlar yenidən gündəmə gəlib. Ən maraqlısı isə budur ki, bu paylaşma ilə Əli Kərimlinin “Fuad Muradovun silahlı dəstəsi” açıqlaması eyni tarixə təsadüf edir: hər ikisi 1 gün fərqlə gündəmə gəlib, eyni tezislər üzərində qurulub. Hər iki paylaşmanın motivi budur ki, Azərbaycan qanunsuz silah dövriyyəsində, qanunsuz silahlı dəstələr qurulmasında iştirak edir. Təsadüfə oxşamır? Uzun illərin təcrübəsi deməyə əsas verir ki, artıq anti-Azərbaycan mərkəzlər tərəfindən yeni kampaniya hazırlanır. Əslində isə Fuad Muradovun sosial şəbəkələrdə fəallaşması ümumiyyətlə son zamanlar burdakı ümumi aktivləşmənin tərkib hissəsidir. Cəmiyyət artıq Əli Kərimli, Osmanqızı, Qənimət Zahid daxil olmaqla savadsız, avam, cahil qara kütləbaşıların, qara güruhun qarşısına vətəndaş mövqeyilə çıxır. Əvvəlcə Qabil Hüseynli dedi ki, meyitimizin üzərinə gəlməyin, sonra Fuad Muradov dedi ki, qarşınızda bizi görəcəksiniz, tanınmış siyasətçi, adətən malik olduğu geniş informasiyalarla heyrətləndirən Cümşüd Nuriyev isə Dövlət Təhlükəsizlik Xidmətinin rəhbərinə müraciət ünvanladı. Müraciət regionların bölgüçülüyü kimi separatçı meyllərin dövlətçilik üçün necə böyük təhlükə olması və bu yolu tutanlarla amansız davranmaq barədədir. Amma mən məktubun son abzasını sizə çatdırmaq istərdim: “ Cənab General! Xalqı yenidən qarşıdurmaya sürükləmək, vətəndaş müharibəsi salmaq və qardaş qanı tökməklə dövlət çevrilişi yolu ilə hakimiyyətə gəlmək meylləri beşiyindəcə boğulmalıdır.” Deməli Fuad Muradov da Cümşüd Nuriyev kimi, atası, Qarabağ müharibəsinin qeyri-rəsmi qəhrəmanı Qazaxlı Alik kimi bu dövlətin necə əziyyətlər bahasına yarandığını dərindən dərk edir və öz mövqeyini açıqlayır ki, qarşınızda bizi görəcəksiniz. Burda nədi internet çuğulçularının və sosial şəbəkənin qırmızı fanarlar küçəsinin dalandarlarının xoşuna gəlməyən. Yoxsa onlar ağızlarına gələni danışmaqda azad olduqlarını düşünəcək, amma kimsə onlara yerinə qaxıl komandası verəndə hay-həşir salacaqlar ki, ay aman qoymayın, bizi öldürürlər!” Bəlkə dövlət həyətlərdə uşaqların oyuncaq tapançalarla oynamalarını da qanunla qadağan etsin. Mən beynəlxalq terror qaydalarına uyğun olaraq Azərbaycanda asayişi pozmağa çalışan qüvvələrin niyə Yunis Səfərovu indi də müdafiə etdiyini anladığımı bir az əvvəl dedim. Yeri gəlmişkən növbəti buraxılışlarımızdan birində Gəncədə iki polisi terrorla qətlə yetirən Rəşad Böyükkişiyevin teror ayinini icra etməzdən qabaq etdiyi videomüraciətdən bir parçanı sizə göstərəcəm. O zaman sizə daha aydın görünəcək ki, o qılıncın Əmirəlmöminin Əliyə yox, Kərimli Əliyə daha çox dəxli var. Sadəcə googl-a girin və beynəlxalq terror bölməsini oxuyun. Diqqətlə oxuyun. Çox şeyi özünüz öz gözlərinizlə görəcək və heyrətlənəcəksiniz. Özü də görəcəksiniz ki, beynəlxalq terror cəmiyyətin heç də yalnız ictimai-siyasi özüllərinin dibini eşmir. Burada iqtisadi məlumatlarla diversiya xüsusi əhəmiyyətə malik üsuldur. Məsələn, bu gün Azərbaycanda dövlət-vətəndaş münasibətlərinin tam inzibatidən tam insaniliyə keçidinin yaratdığı qeyri-rəsmi mühitin verdiyi imkanları zərərli müstəviyə yönəltmək, dövlətin iqtisadi təməllərinin sarsıdılmasına çalışmaq əsas üsuldur. Prezident il ərzində güzəranın sosial xarakterini dəyişən onlarla sənəd imzalayıb. Pensiya, minimum əmək haqqı, maaşlar, müavinətlər, bir sözlə rifahın yüksəldilməsinə yönəli bütün addımlar vətəndaş-dövlət temasının yeni formatını möhkəmləndirməyə xidmət edir. Bu zaman hansısa Qubad İbadoğlu, beynəlxalq terror ideologiyasının Azərbaycana tətbiqində iqtisadi diversiyanın nəzəriyyəçisi və ya əsas nəzəriyyəçisi kimi meydana çıxır, hər dəfə ya tam şübhəli, ya da kontekstdən çıxarılmış, ya təhrif edilmiş, ya da natamam, yarımçıq statistika ilə cəmiyyəti çaşdırır, vətəndaşda dövlətin imkanlarına ya ümidsizlik yaradır, qəzəbləndirir, ya da “dövlət daha artıq edə bilər!” deyə əsassız şirnikləndirir. Qubad İbadoğlunun təhlükəli tərəfi həm də onun rəqəmlər və Amerika Birləşmiş Ştatlarında mühazirə oxuyan alim imici arxasında gizlənməsidir. Bir sıra hallarda o əvvəlcədən hazırladığı, yanlış, dərhal təkzib edilməsi qeyri-mümkün olan, buna müəyyən vaxt tələb olunan statistik məlumatlara istinad edir və nəticə etibarilə müvəqqəti də olsa inandırır. Məsələn, bu yaxınlarda o sosial şəbəkədə dövlətin iqtisadi siyasətini öz aləmində ifşa edən bir məlumat paylaşmışdı. Burada iqtisadçı məhz məlumatsız və savadsız zümrənin zövqünü, rəyini nəzərə alaraq keçmiş sovet respublikalarında 2019-cu ilin iyul ayına orta aylıq nominal əmək haqqının cədvəlini Azərbaycan valyutası ilə təqdim etmişdi.

REAL Təhlil və İnformasiya Mərkəzinin iqtisadçı eksperti, Professor Elşad Məmmədovun şərhi isə hər şeyi yerinə qoydu.

Qeyd edim ki, bu yalnız bir epizod üzrə peşəkar təkzibdir. Beynəlxalq Terrorun iqtisadi bazasının hazırlayanların, ölkədə maliyyə qiyamına nail olmaq istəyən qüvvələrin digər dırnaqarası arqumentləri də ən yüngül təftişə belə dözmür. Məsələn, cəmiyyətdə, sadə vətəndaşda ələbaxım, heç bir işin qulpundan yapışmadan zəngin dolanmaq istəyi aşılayan, iqtisadi iflic əlilliyinə təhrik edən Qara güruhun bir başqa populyar tryuku barədə də danışaq. Bilmirəm, qeyri-populyar yanaşma olacaq. Əlbəttə, bu saat tamaşaçılarımızın savadsız və məlumatsız, sadədil, hər şeydən əvvəl isə heç nə etmədən qabağa düşmək istəyən zümrəsinin xoşuna gəlməyəcək sözlər deyəcəm. Amma bağışlayın məni, həqiqət bildiyim və doğruluğuna əmin olduğum mətləbləri hansısa güruh küyü xofuna görə gizlətməyəcəm. Uşaqlar üçün verilən müavinətin bərpası mövzusunda danışmaq istəyirəm. Bu müavinət bərpa oluna bilməz. Niyə? Əvvəla gəlin xatırlayaq ki, bu gün “uşaq pulu” kimi tanıdılan uşaqlar üçün müavinətlərin verilməsi niyə dayandırıldı. Bu baş verdi 2006-ci cı il, iyun ayının 1-də. Müavinatın ləğvi ünvanlı sosial yardımın tətbiqolunması, uşaqlar üçün verilən pulun məbləğinin çox aşağı olması ilə bağlıydı. Uşaq pulunu bərpasını tələb edənlər sosial yardımın da bərpa olunmasına hazır olarlarmı? Yox əlbəttə. İkincisi, uşaqlar üçün verilən müavinət həm də o məqsədi güdürdü ki, gənc ailələr çoxuşaqlı olmaqda maraqlılaşsınlar. Bu gün o problem də yoxdur. Bu günlərdə biz 10 mlyonuncu insanımızı arşıladıq və ondan sonra doğulanlar da valideynlərinin əlində ovcunda qalsınlar. Təbriklər! Bir başqa tərəfdən, dövlət vətəndaşının qayğısına yəqin ki, uşaq, yeniyetmə, ahıl, qoca, daha qoca və lap, qoca kimi qeyri-rəsmi prinsiplərə əsaslanaraq qalmamalıdır. Dövlət ünvanlılıq prinsipilə münasibət qurur. Məsələn bu il ərzində minimum əmək haqqı və minimum pensiya məbləği kəskin artırılıb. Yəqin ki bu məbləğ daxil olduğu mənzildə uşaq bezinə də, yaşlı protezinə də eyni dərəcədə şamil edilməlidir. Burada isə məsələ pulu alan şəxsin əlində öz həllini tapmalıdır. Yoxsa belə çıxır ki, bir ailədə müəllim öz maaşını, özünə, onun həkim xanımı özünə sərf etdiyi ki, ayrıca uşaq maaşı da uşağa sərf edilməlidir. Absurd və iqtisadi diversantların zəhərli təfəkkürünə uyğun məntiq! Onsuz da dövlət əhalinin maddi rifahının yüksəlməsi üçün üzərinə böyük sosial yük götürüb və hər bir məsələni köklü şəkildə həll etmək niyyəti nümayiş etdirir. Dövlət əlavə resursları təhsilə, elmə, əhalinin sağlamlığının qorunmasına yönəltməlidir. Dövlət üçün əhali artımı deyil, daha yüksək kompetensiyalara malik vətəndaşın formalaşdırılması və bunun üçün imkanların yaradılmasıdır prioritetdir. Bu formada təkliflər verilərkən maliyyə yükü bir ciddi amil kimi nəzərə alınmalıdır. Hökumət bütövlükdə ailələrin sosial müdafiəsində ünvanlı sosial yardım sistemi, özünəməşğulluq proqramları kimi tədbirlərə üstünlük verir ki, bu da yekunda məsələnin köklü həllinə gətirib çıxarır. Yəni dünyaya uşaq gətirməyi dövlətə minnət kimi icra etmək lazım deyil. Sevin, sevişin və sevginizin məhsuluna sevinin. Dövlətin üzərinə atmayın. Özünüz qazanın. Öz qazancınıza uyğun olaraq da doğub törəyin, artın. Dövlətin isə borcu öz vətəndaşını ələbaxım, yardıma möhtac etməməkdir. Bir maraqlı qeydim də var. Özüm şəhərli deyiləm deyə yəqin ki, məni düzgün başa düşərsiz. Sosial şəbəkələrdə oturub Bakını, onun ayrı-ayrı rayonlarını, icra başçılarını lənət, məzəmmət hədəfinə çevirənlərə qulaq asıram. Əksəriyyəti ləhcəlidir. Yəni kənddən. Rayondan. Burda dolanışıqlarının aşağı olmasından şikayətlənirlər. Dövlət qeyri-neft sektorunu inkişaf etdirir və bu gün sizin hər birinizin yeri kənddə, rayonda görünür. Burada qiymətlərin armasından şikayət etmək əvəzinə kəndi əkib becərib qiymətlərin aşağı düşməsində, maddi nemətlər bolluğunun yaranmasında iştirak etmək lazımdır. O zaman uşaq pulu haqqında yox yeni doğulmuş uşağın təbəssümü haqqında düşünəcəksiniz. İndi isə bir az da dərinə gedək. Kim deyir ki, bizdə uşaq pulu verilmir. İndi deyəcəklərimə qulaq asın: Bayaq dedik ki, uşaq pulu dediyimiz o uşaqlar üçün müavinətlər 2006-cı ildə dayandırılıb və elə həmin ildən də ölkədə ünvanlı dövlət sosial yardım sistemi tətbiq olunur.

“Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə aztəminatlı ailələrə qanunla müəyyən olunmuş müddətə aylıq sosial yardımların ödənilməsinə başlanıldı.

Bununla da aztəminatlı ailələrdəki uşaqlar daha effektiv sosial müdafiə ilə əhatə olundular. Təsadüfi deyil ki, bu gün ünvanlı dövlət sosial yardımı təyin edilmiş ailələlərin üzvlərinin yarıdan çoxu 18 yaşınadək uşaqlardır. Bir ailəyə düşən orta aylıq yardım məbləği isə 199,15 manat təşkil edir.

Bundan başqa, bu gün Azərbaycanda sırf uşaqların sosial müdafiəsinə yönələn 10-dan çox aylıq sosial müavinət növü var. Bunların sırasında yer alan bəzi müavinət növlərini sadalamaq yerinə düşər:

sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlara aylıq sosial müavinət;

şəhid ailələrinin və müharibə əlillərinin uşaqlarına aylıq sosial müavinət;

beşdən çox uşağı olan qadınların uşaqlarına aylıq sosial müavinət;

müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqlarına aylıq sosial müavinət,

Çernobıl AES qəzası ilə əlaqədar I və II dərəcə əlilliyi olan olan, yaxud vəfat etmiş valideynlərin uşaqlarına aylıq sosial müavinət;

valideyn himayəsindən məhrum olmuş uşaqlara aylıq sosial müavinət;

aztəminatlı (ünvanlı dövlət sosial yardımı alan) ailələrin 1 yaşadək uşaqlarına aylıq sosial müavinət;

Qeyd olunanlarla yanaşı birdəfəlik müavinət də ödənilir ki, bura,

yeni doğulan uşaqlara görə;

Çernobıl qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarının dispanser qeydiyyatında olan uşaqlarına (ildə bir dəfə)

daxildir.

Azərbaycan dövlətinin uşaqlara yönələn sosial siyasətinin əhatəliliyini isbatlayan digər faktlar da var:

Ailə başçısını itirmiş ailələrin üzvlərinə aylıq sosial müavinət və ya əmək pensiyası ödənilir ki, onların 95 faizdən çoxu uşaqlardır.

Ünvanlı sosial yardım alan ailələrin üzvlərinin 50 faizdən çoxu uşaqlardır.

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumları (himayəçiləri) aylıq sosial müavinətlə təmin edilirlər.

Sığorta olunanlara üç yaşınadək uşaqlara qulluğa görə müavinət ödənilir.

Bu il Azərbaycan Prezident İlham Əliyevin həyata keçirdiyi sosial paketin içərisində uşaqlara yönələn müavinətlərin artımı da yer alıb.

Belə ki, aprelin 1-dən:

Sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar üçün müavinətin məbləği 82 manatdan 150 manata çatdırılıb;

Sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlara qulluq edənlər üçün Prezidentin aylıq təqaüdü (50 manat) təsis edilib;

Beşdən çox uşağı olan qadınların hər uşağına görə müavinət 33 manatdan 55 manata çatdırılıb;

Müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqları üçün hər uşağa görə müavinət 68 manatdan 100 manata çatdırılıb;

Uşaqların qəyyumları (himayəçiləri) üçün müavinət 61 manatdan 100 manata çatdırılıb;

Ailə başçısını itirməyə görə müavinət hər ailə üzvü üçün 68 manatdan 80 manata çatdırılıb;

Yeni doğulan uşaqlara görə birdəfəlik müavinət 109 manatdan 200 manata çatdırılıb.

Belə. Bütün bunları ona görə sadaladım ki, gəlin yaxşı sayaq. Heç olmasa mindiyimizi də. Küyə getməyək. Qaragüruh ona görə qaragüruhduir ki, onun başı yox ağzı olur. İstefa və azadlıq qışqırmaqdan başqa heç nə gəlmir əllərindən. Amma nəyə istefa, nədən azadlıq. Kütləliyə istefa, nadanlıqdan azadlıq, əzizlərimiz! Kütləliyə və nadanlıqdan! Qaragüruh hər yerdə qaragüruhdur. Onların ağılla qalib gəlmək imkanları olmur. Gücə, silaha əl atırlar. İdarəetmə təcrübəsi olmayan, dövləti sosial səhifə bilən bir bölük boşboğazı beynəlxalq terror şəbəkəsinə aparıb çıxaran və ya çevirən də onların imkanları və iddiaları arasındakı tərs-mütənasiblikdir. Ola bilər ki, danışmağı yaxşı bacarırlar, kimdənsə ötrü, amma Əlisi də Osmanqızı da təxminən 600-800 sözdən istifadə edir nitqlərində. Natiqlik üçün yüksək göstərici deyil. Amma lap elə tutaq ki, danışmağı bacarırlar. Nə olsun: naşılar, həm köhnə, mexaniki, keçmiş təcrübəsi olmayan, həm də gələcək təcrübəsi olmayan primitiv xammal beyinə malik qüruhun ən böyük defekti də elə budur. İdarəçilik təcrübəsinin və təfəkkürünün olmaması. Axı bu adamlar idarəçiliyə gəlməsələr, dövləti necə idarə edə bilərlər?-deyə sual verən savadlılar üçün növbəti dəfə deyirik. İdarəçilik təcrübəsini hakimiyyət başına gəlib millətin, dövlətin taleyilə eksperiment etmək yoluyla qazanmırlar. Bundan ötrü onların əlində partiyalar kimi maketlər, təcrübə zonaları, eksperiment müstəviləri, kolba şüşələri olur. Onlar partiyalarında bütün hakimiyyət aparatını qurmalı, formalaşdırmalı, respublikanın ən ucqar yerlərində və ən müxtəlif sahələr üzrə belə açar fiqurlarını təyin etməli, siyasi fəaliyyətin təşkilinə nail olmalıdırlar. Yenilikləri öyrənməklə, öz üzərində işləməlidirlər. Məsələn, sutkada 24 saat istinad etdikləri Qərb ölkələrində istənilən ciddi partiya dəqiq bilir ki, hakimiyyətə gələrsə, məsələn onun səhiyyə naziri kim olacaq. Bəs bu yarımçıqlar, naşılar niyə öz səhiyyə naziri, öz kənd təsərrüfatı nazirinin adını demirlər!? Ona görə ki, yox-dur! YOOOX-DUUUR! Bu düşüncə maketi özü yoxdu e. Ümumiyyətlə! Həm də bilirsiz niyə? Hətta kiminsə adını nəyinsə naziri kimi çəksələr belə həmin namizədi elə həmin partiyanın özündə burunlayacaq, vuracaq, təfriqə səbəbinə çevirəcəklər. Ona görə də tək, maksimum iki hüceyrəylə işləyirlər. İstefa, Azadlıq! Bu siyasət sindromlu güruh zavallılarının təcrübə topladığı sahələr var əlbəttə, amma onlar da tərs kimi idarəçiliklə bağlı deyil. Məsələn, adam həbsdən çıxıb. Təcrübəsi var. Həbs təcrübəsi var. Məhkum təcrübəsi var. Cəmiyyətə nəyi aşılayacaq? Həbsxanada davranış qaydalarını?! Beynəlxalq Terror şəbəkəsinin Azərbaycan üzrə ixtisaslaşmış qruplarının əsas silahı dezinformasiya və yalandır. Onlar Azərbaycan vətəndaşının yaşadığı sabit, abad və arxayın ölkəni onun gözündən salmağa çalışırlar. Təsəvvür edirsiz: bu qrup əslində Azərbaycan üçün müsbət olan fonu neqativ kimi təqdim edir. Hakimiyyət böhranından əziyyət çəkən dövlətçilik ənənələri sarsılan, ildə bir dəfə baş nazir, prezident dəyişən respublikaları Azərbaycanın dayanıqlı hakimiyyət intizamı ilə müqayisə edir, 90-cı illərin oxşar Azərbaycanı üçün xiffət çəkir.

Bu yaxınlarda Məkkədəydik. Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadənin 70 illiyi iman və iman məbədində qeyd olunurdu. Şeyxin səfərini REAL ətraflı işıqlandırdı. Bu barədə yenidən danışmaq istəmirəm. Amma bir-iki detal var ki, onu xatırlatmağı zəruri hesab edirəm. Demək, Türkiyədən gələn zəvvarlardan biri ilə söhbət edirdim və Kəbə evinə gəlib çıxmasının Allahın lütfü kimi fəzilətindən danışırdı, neçə illərdir ki, niyyət tutmasından, yalnız bu il nəsib olmasından bəhs edirdi və birdən duruxaraq dedi ki, bax bu saat mən Kəbə evinin ətrafında təvaf edəcəm. Amma bir az əvvəl Suriyadan qaçaqyoluyla gəlib buralara çıxan ərəblər var ki, Kəbə evini niyyət edərək oğrun–oğrun Məkkənin başına piyada fırlanmağa gediblər. Əvvəlcə başa düşmədim. Sonra anladım ki, 8 ilə yaxındır ki ev-eşiyindən dərbədər olan neçə ərəb Məkkəyə buraxılmayıb, çünki heç pasportları belə yoxdur, bu türk qardaşımızdan isə xahiş ediblər ki, təvaf edəndə, yəni Kəbə evinin başına fırlananda onların da niyyətinıə dua etsinlər, İbrahim məqamında isə onların niyyətinə namaz qılsınlar. Türk qardaşımız o insanların yerində olmadığına sevinir, şükr edirdi. O danışır, mən isə Azərbaycan məqamı barədə düşünürdüm. Təsəvvür edin. Biz, Azərbaycanın dini lideri, Bütün Qafqazın Şeyxinin rəhbərliyi ilə gələn heyət Kralın şəxsi qonaqları kimi onun qonaq evində qalırdıq. Bizdən- Azərbaycanın dini lideri Bütün Qafqazın Şeyxinin rəhbərliyi ilə gələn heyətdən ötrü müqəddəs ziyarət guşələrinin qapıları taybatay açılır. Kəbə Evinin örtüyünə ilmə vurmaq şərəfinə layiq görülürük. Şeyxi şəxsən Kral qəbul edir. Azərbaycana doğma evi, Prezident İlham Əliyevə böyük ehtiramını ifadə edir, Şeyximizə Əziz qardaşım deyir...

Və mən bu möhtəçəm qəbuldan, qarşılaşdığımız mötəbər münasibətdən, bir azərbaycanlı olaraq nə qədər qürur duyurdum. Təsəvvür edirsiz? Gələn il Kəbə Evinin ziyarəti zamanı zəvvarlar həm də Şeyximizin ilmə imzası olan örtüyün başına fırlanacaqlar. Bu Azərbaycana ehtiramın ən yüksək məqamı idi. Suriyalı qaçqınlar Məkkə ətrafında oğrun-oğrun fırlanırdılar. Məkkə ətrafında. Müstəqil Azərbaycanın müsəlmanları üçün isə bütün Kəbə evi açıq idi. Allahın evinə xoş gəlmişdik. Kimə görə, nəyə görə? Cavab isə aydındır. Bütün Qafqazın Şeyxi hər ali görüşə Preizdent və Birinci vitse-prezidentin salamı ilə səbəbsiz başlamırdı ki. Beynəlxalq Terrorun Suriyada başladığı ilk günlər sıravi suriyalılara elə gəlirdi ki, hər şey bir iki günə bitəcək. Hamı öz adi, növbətçi həyatına qayıdacaq. Amma qayıtmadı. Onlar Məkkə ətrafında bilirsiz hansı niyyətə dua edirdilər. Türk qardaşımız dedi ki, əsas duaları budur. Allah BİZİ TEZLİKLƏ EVİMİZƏ QAYTAR! XARABAM OLSUN, AMMA İÇİNDƏ OLUM! Biz azərbaycanlılar isə öz ocağımıza, dövlətimizə, ailəmizə, sakit və sabit günümüzə, saatımıza, hər anımıza dua-səna edirdik. Mən əminəm ki, biz sabah İranda Məşhədə, İraqda Kərbəlaya getsək yenə də eyni hörmətlə qəbul ediləcəyik. Çünki bu hörməti biz artıq öz üstümüzdə aparırıq. Qardaş İran İslam Respublikası isə bu ölkədə Azərbaycana qarşı fəaliyyət göstərən Yunis Səfərov, Rəşad Böyükkişiyev və onların davamçılarını yetişdirən, dövlətimizin gözünə qum fırtınası əsdirən bədxahların cəzasını verməli, orda üzü qibləyə oturub Azərbaycanı körükləyən, burdan gedib ora sığınan azərbaycanlıları Azərbaycan qanunlarına təhvil verməlidir. Azərbaycan dövləti əleyhinə çıxışlar edən, hakimiyyəti zorakı yolla dəyişməyə, çevrilişə çağıranlara qarşı ən sərt tədbirlər görmək üçün. Bu Tehranın qardaş və dost borcudur. Burdaca qeyd edim ki, gələn bazar günü Beynəlxalq Terror Şəbəkəsinin İraq-İran-Azərbaycan üçbucağı barədə daha ətraflı danışacağıq.

Beynəlxalq terrordan danışırıq. Ortada böyük bir mənəviyyat, əxlaq problemi var. Bircə faktı deyəcəm: təsəvvür edirsiz, İlham Əliyevin Prezident olduğu dövlət, iqtidar Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubliley medalını Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadəyə təqdim edir. Hər il Respublika günü xüsusi qeyd edilir. Hətta ötən il Türkiyə və Azərbaycan Prezidentlərinin birlikdə iştirakı ilə. Özünü Məhəmməd Əmin Rəsulzadənin varisləri hesab edənlər isə İlham Əliyevə, onun atası, müstəqil Azərbaycan ideologiyasının banisi Heydər Əliyevə təhdid və hədyan münasibəti bəsləyirlər. İlham Əliyevin münasibətinə qarşılıq olaraq. Ziddiyyət təkcə bu deyil. Daha bir detal. Bu gün Azərbaycandan kənarda düşmən fəaliyyəti göstərən fərari-mühacir tandemi əslində hər antiAzərbaycan çıxışı ilə elə Məhəmməd Əmin Rəsulzadənin ruhunu təhqir edir. Axı Azərbycanın ən böyük mühaciri elə Məhəmməd Əmin Rəsulzadə olub. Qənimət Zahid, Osmanqızı, Orduxan... Tural Sadiqli, Qurban Məmmədli və Məhəmməd Əmin... Qəribə siyahıdır. Beynəlxalq Terrorun əsas məqsədi isə Azərbaycan dövlətinin müstəqilliyinə qəsddir. Onu oyuncaq əllərə təhvil verməklə parçalamaq, dövləti Qarabağ məsələsində ağır güzəştlərə vadar etməkdir. Burda Əli kərimli-Əlikram Hümbətov-Qənimət Zahiddən də, Osmanqızı kimi xüsusi xidmət gəlini adını öz üzərinə götürmüş vulkanizator təcrübə kuklasından da istifadə edilir. Anlayarlar anladılar yəqin. İndi isə kiçik bir çarxa baxaq.

Bu isə ermənilərin 2016-cı ilin aprel döyüşləri mövzusunda çəkdikləri filmin tanıtım çarxıdır. Cənnətə açılan qapı. Film dünya tamaşaçısı üçündür. Filmin qayəsi erməniləri məzlum, azərbaycanlıları zalım və haqsız təqdim etməkdir. Bu çarxı əslində verməyə də bilərdim. Amma düşünürəm ki, görkəmli rejissorlarımız, lap elə kinodramaturq Rüstəm ibrahimbəyov üçün maraqlı olar. Məncə, Qafqaz Trio-sunun, İbrahimbəyobun təbiriycə desək, yanlış anlaşılmasını unutdurmaq üçün əla şans var! Beynəlxalq Terrorla mübarizədə Sizin də köməyinizə ehtiyac var Rüstəm İbrahimbəyov. Özü də heç nə soruşmuram. Ay niyə indiyədək Siz çəkməmisiniz, niyə senari yazmamısınız, niyə təşəbbüs göstərməmisiniz və s. Bütün bunların vaxtı deyil. Amma ortada film var. “Cənnətə açılan qapı” Axı cənnət bizimkilərin getdiyi ünvan olmalıydı. Bizim şəhidlərin. Cavab filmi çəkin. Nəsə edin. Məcbur edin Sizdən üzr istəyək, Rüstəm müəllim.

Azərbaycan öz planetar gərəkliliyini qoruyub saxlayır, inkişaf etdirir. BP-nin Direktorlar Şurasının sədri ilə müsahibədə Azərbaycanın dünya üçün, bölgə üçün vacib olması, bu dünyəvi zəruriliyin isə stabillik kimi zəmanətə dayaqlanmasının şahidi oldum.

Biz bir qayda olaraq islahatların 2018-ci ildən başlanan növbəti paketini müzakirə edərkən öz mütəxəssislərimizlə söbət edirik. Yenə də islahatlar və onların real nəticələrindən bəhs edəcəyik. Amma bu dəfə əcnəbi ekspertlərlə. Almaniyanın nüfuzlu Railistik Giembihaş” şirkətinin icraçı direktoru Udo Sauerbrey və Amerika Birləşmiş Ştatlarının bir neçə universitetinin professoru Athanasios Zilaskopoulosla danışacağıq. Onlar Azərbaycan üçün mühüm bir hadisəni- Asiya İnkişaf bankının Azərbaycan Dəmiryolları Qapalı səhmdar cəmiyyətində aparılan islahatlara verdiyi müsbət rəyi, onun səbəblərini şərh edəcəklər.

Bu qiymət isə artıq özümüzün özümüzə verdiyimiz qiymət deyil. İslahatların yolda verdiyi nəticənin isə öz rəmzi mənası var. Başlıcası yoldu, təmizləyək ki, yolçuluğumuz da təmiz olsun! Prezidentin işıq açılışı ilə başladıq, şəffaf yolumuzla davam edək. Elə işıq gələn tərəfə. Amma İtlərin hürdüyü tərəfi də gözdən qoymayaq. Görək sahibi kimdir, iynəsi vurulubmu, ya biz vurmalıyıq!

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə