Siyavuş Novruzov müxalifəti qanvermə aksiyasında iştiraka dəvət edib

Siyavuş Novruzov müxalifəti qanvermə aksiyasında iştiraka dəvət edib

"Məhərrəm ayında insanlar özünə zəncir vurmaqdansa, qanvermə aksiyasında iştirak etsələr, daha yaxşı olar. Çünki bəzi insanlar müəyyən xəstəliklərdən əziyyət çəkir, onların qana ehtiyacı var. Qan verməklə biz o insanlara kömək etmiş olarıq. Hakim Yeni Azərbaycan Partiyası hər ilə belə aksiya keçirir".

REAL Report-a istinadla xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının qərargahında qanvermə aksiyası zamanı partiyanın icra katibi Siyavuş Novruzov deyib.

YAP rəsmisi qeyd edib ki, insanlar Aşura günündə məscidlərdə qan versinlər, amma özünüdöymə, başyarma hallarına yol verməsinlər:

S.Novruzov müxalifəti də qanvermə aksiyasında iştirak etməyə dəvət edib: "Müxalifət nə ağac əkir, nə də qan verir... Onların addımları yalnız söyüş və təhqirdən ibarətdir. Mən həmin siyasi təşkilatları da qanvermə aksiyasında iştirak etməyə dəvət edirəm. Gəlsinlər, qan versinlər".

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə